AZAL-a məxsus təyyarənin “qara qutu”larının fotoları yayılıb
Braziliya Hərbi Hava Qüvvələrinin Təyyarə Qəzalarının Araşdırılması və Məlumatlandırılması Mərkəzi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin uçuş qeydlərinin deşifrəsini başa çatdırıb.
Braziliya mətbuatı AZAL təyyarəsinin braziliyalı mütəxəssislər tərəfindən deşifrə edilmiş “qara qutularının” fotolarını yayımlayıb.
Qeyd edək ki, əldə edilən məlumatlar təbii fəlakəti araşdıran Qazaxıstan hakimiyyətinə göndərilib. “Qara qutu”ların dekodlanması ilə məşğul olan komissiyanın üzvləri yaxın günlərdə deşifrə olunmuş məlumatlarla Astanaya gələcəklər.
Xatırladaq ki, ötən il dekabrın 25-də Azərbaycan Hava Yollarının (AZAL) Bakıdan Qroznıya uçan Embraer E-190 təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 62 sərnişin, o cümlədən 37 Azərbaycan vətəndaşı olub. Hadisə nəticəsində 38 sərnişin ölüb, 29-u sağ qalıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.