Əlisa Qəmgin:
VƏTƏN, SƏNƏ SALAM
TƏBRİK ƏVƏZİ.
Vətən , sənə salam olsun !
Torpağına, hər daşına
Aranına, qışlağına
Bərəkətli yaylaqların hər qarışına
Buluduna, yağışına
Körpələrin baxışına
Insanların alnındakı
zaman-zaman düyünlənmiş qırışına
Salam olsun.
Mavi-mavi dənizinə
Səmasına, göy üzünə
Bulağına, kəhrizinə
Muğanına, Mil düzünə
Tərəzidir elin gözü -
El gözünə
Salam olsun.
Ordusuna, əsgərinə
Hər qazılan səngərinə
Igidlərin hünərinə
And yerinə,pirə dönən
Məzarlıqa daşa dönən
Neçə-neçə igidlərin
Şəhidlərin qəbirinə
Salam olsun !
Dünəninə, bu gününə
Hər açılan sabahına
Başı üstə Allahına
Salam olsun !
Göydə uçan durnalara
Gözü yolda analara
Salam olsun !
Dövlətinə, sərvətinə
Milyonların zəhmətinə
Bir millətin qeyrətinə
Salam olsun !
Igidlərin oylağına
Yaylağına, hər dağına
Dalğalanan bayrağına
Salam olsun !
El-obada toy-düyünə
Qarabağı alan günə
Salam olsun !
Öz xalqına inam olsun !
Vətən,sənə salam olsun !
VƏTƏN,SƏNƏ SALAM OLSUN !!!
ƏLİSA QƏMGİN.
(qeyd: şeir Böyük Zəfərimizdən illər öncə yazılıb )
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.