Nadir Aleskerov
Heç kim istəməzdi ki, belə ürək agrıdan bir faciə yaşansın.Nə etmək olar,taleyin qisməti bu imiş.Bütün faciə qurbanlarına Allahdan rəhmət,xəsarət alanlara isə şəfa diləyirəm.
Neva Abdurahmanova
Bu onların sonu oldu.Dəyişmək istədikləri əngəlləri aşa bilmədilər.Psixoloji travmalar da öz sözünü deyib.Yazıq oldular.
Elxan Memmedov
QÜRBƏTƏ YOL... QƏRİB NAKAM
TALELƏR ... İŞSİZLİYİN YARATDIĞI
VƏTƏNSİZLİK.
ALLAH RƏHMƏT ETSİN
RUHLARI ŞAD OLSUN.
Nazifa Gaflanova
Dərddən qaçmaq istədilər,dərd qabaqladı onları hər yerdə.Taledən qaça bilmədilər.Allah rəhmət eləsin.
Oruc Orucov
Bölgəmizdə İslam dininin sürətlə yayılmasına baxmayaraq dinin doğru yoluna yönəldəcək bir qrumun mövcud olmaması və müxtəlif ziyanlı dini cərəyanların təsirinə düşməsi sayəsində, bir neçə il qabaq xarici ölkələrə göndərilərək xeyli cavanlar ailəliklə faciəyə düçar oldular.
Elə bu iki gəncin taleyidə onlardan biridir. Kənddə heç kəs deyə bilmirdi onlar hara gedirdi, niyə gedirdi.
Allah rəhmət eləsin.
Горхмаз Мурадов
Allah rəhmət eləsin.
Alın yazısından heç kəs qaça bilməz ..
Sədaqət xanım,yazınız ürək ağrıdır.Kaş kəndində,qonşuluğunda yaşayan Xədicə və Əli kimi talesizlərə biganə olanların ürəkləri rəhmət gəlsin,vicdanları oyansın
QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.
Sədaqət Kərimova:
ƏLVİDA!
İki gün əvvəl təyyarə qəzasında həlak olanların, həmin faciədən qurtulanların yaxınları, doğmaları hələ uzun müddət bu sarsıntıdan özlərinə gələ bilməyəcək. Müxtəlif taleli insanlar bir təyyarə ilə öz ümidlərinin, arzularının arxasınca gedirdilər.
Onların arasında hələ uşaqlıqdan taleyin amansız zərbələrinə tuş gəlmiş bacı və qardaş - 19 yaşlı Xədicə ilə 22 yaşlı Əli də var idi.
Bir ay əvvəl Qusarın Suduroba kəndində onlarla görüşmüşdük - oğlumun arzusu ilə: "Deyirlər çox talesiz uşaqlardır. Suriyadan qayıdıblar. Nə əcəb gedib onlara baş çəkməmisən?" - Bu sözləri o, elə demişdi ki, səhərisi yoldaşımla ora yollanmışdıq.
Soyuq qış günü kənddə bizi əynində ağ köynək, ağ nazik gödəkcə, ağ krossovka olan, su sonasına bənzəyən gözəl, zərif bir qız qarşılamışdı. Xədicə mənim təəccübümü görüb etiraf etmişdi: "Qara rəngə nifrət edirəm. Daha heç vaxt çadra örtməyəcəyəm."
Qalanmamış soyuq otaqda söhbətimiz uzun çəkmişdi. Xədicə keçirdiyi sarsıntılardan boşalmaq istəyir, mənsə son illər minlərlə ailənin bədbəxtliyinə səbəb olmuş “Suriya sevgisi”nin hardan qaynaqlandığını öyrənmək istəyirdim. Xədicə qəhərlə danışırdı.
Atalarının vəfatından sonra anaları onları özü ilə Suriyaya aparır. Bir müddət sonra bacı-qardaş orada analarını itirir. Bundan sonra başlarına sonsuz müsibətlər gəlir...
Beş il çəkən məhrumiyyətlərdən sonra nəhayət, Azərbaycan hökumətinin səyləri nəticəsində Xədicə ilə Əli Vətənə qayıda bilirlər. Amma maddi və mənəvi çətinliklər, ən başlıcası isə işsizlik onları sıxmağa başlayır. Buna baxmayaraq, Əli özünə günəmuzd iş tapır, Xədicə isə muncuqlardan düzəltdiyi əl işlərini satıb bir təhər dolanır. Xədicə sözarası qardaşının səhhətində problemlər olduğunu, onun ağır iş görə bilmədiyini, daim onun qayğısına qalmalı olduğunu bacı şəfqəti ilə danışır.
Bir azdan Əli gəlib çıxır. Bu, boy-buxunlu, yaraşıqlı oğlan idi. O, bizi qəmli gözəl gözləri ilə süzüb suallarımıza könülsüz cavab verir. Ayrılanda Xədicənin dediyi sözlər ürəyimi ağrıdır: “ İstəməzdim kimsə bizim taleyimizi yaşasın”.
Biz bir həftədən sonra görüşməli idik. Yoldaşım onların evini isitmək barədə planlar qururdu. Səhərisi kəndə aparmaq üçün peç alıb gətirmişdi. Mən onların son dərəcə kasıb evinı necə abıra salmaq barədə düşünürdüm. Bu iki gəncə Qusarda iş yeri soraqlayır, onların yaralı ürəklərini sevindirmək üçün yollar axtarırdım. Birdən...yoldaşım qəfildən xəstələndi, olduqca həyəcanlı günlər yaşadıq...
Bir həftə əvvəl Xədicə mənə zəng çalmışdı. Səsində inciklik notları var idi. Amma həqiqəti biləndə mənə ürək-dirək verdi. Mən ona artıq təhlükənin soruşduğunu bildirib söz verdim ki, yeni il ərəfəsində kəndə gələcəyik. Kədərlə: “Вəlkə daha görüşmədik”- dedi. "Niyə?"- təəccüblə soruşdum. Mənə nə cavab versə yaxşıdır: “Dünyada ən dözülməz dərd doğmalar içində yad olmaqdır". Mənim kövrəldiyimi hiss edəndə tez sözünü dəyişdi: “Gedirik. Birdəfəlik. Mən ərəb dilini mükəmməl öyrənmişəm, arzum tərcüməçi işləməkdir.” “Hara gedirsiniz?” “Sizə sonra yerimizi deyərik”...
Dünən həlak olanlar arasında Xədicə və Əli Əlimirzəyevlərin də olduğunu biləndə bu iki nakam gəncin həyatı kino lenti kimi gözlərim qarşısında canlandı. Vaxtında əsl ailə sevgisi görməyən, ata-ana qayğısı ilə əhatə olunmayan, doğmalarından nəvaziş görməyən, həsrətində olduqları xoşbəxtliyi doğma yurdda tapa bilməyib qəribliyə üz tutan bu iki gəncin acı taleyi məni hələ uzun müddət sızıldadacaq.
Allah rəhmət eləsin!
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.