Ələddin Əzimli
Salamlar, əziz dozt ! Şeirin gözəldir, qəlbin kimi safdır ! Yerı gəlmişkən, Həmrəylik vününü, yeni ilini (Novruzla birgə) təbrik edirəm ! Sağ ol !!!...
Elçin Məmmədli:
Faiq bəy, 7 hecalı bu şeir çox axıcı, rəvan və düşündürücüdür. "Qəlbinin bir küncünə, Məhkum elə, at qalım" və yaxud "Bil ki, dərdə iş zahıyam, Ağrısıyam ahıyam" kimi misralar, mən deyərdim bir tapıntıdır, yeni bir deyimdir. Hətta "Bil ki, dərdə zahıyam" kimi ifadə çox geniş bir məna daşıyır. "Zahıyam" sözü ədəbi dil qrupuna yox, dialekt bir ləhcədir. Yəni bəzi rayonlarda işlənən sözdür. Həmin rayonlarda, xüsusi ilə yaşlı qadınlar bunu daha çox işlədirlər. Təbii ki, "zahı" busözü "hamilə " deməkdir. Faiq bər "dərdə zahıyam" deməklə sevdiyi xanıma bildirir ki, sən mənə illərdir dərd vermisən, sevgimə cavab verməmisən. Bu səbəbdən də içimə yığılan dərdlər qalaq-qalaqdır və artıq bu dərdlərdən azad olmağın zamanıdır... Ümumiyyətlə şeir şeirin bütün qaydalarına əməl edilməklə, çox böyük bir ustalıqla yazılb. Faiq bəydən növbəti belə gözəl şeirlər gözləyirəm... Uğurlar olsun!!!
QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.
Faiq Balabəyli:
QALIM
Saçlarını kəmənd et
at boynuma, tut qalım
bircə udum hava tək,
Çək içinə, ud qalım.
Gedirəm, hey gedirəm,
Mövlanayam, qədirəm
Bilirsən ki, bilirəm,
bilirəm, unut qalım.
Qoy sıxılım köksünə
Bələnim nəfəsinə
Qəlbinin bir küncünə
məhkum elə, at qalım.
Bil ki dərdə zahıyam
ağrısıyam, ahıyam
məğlub yurdun şahıyam
qoşunu çək, mat qalım.
Heymi qaldı qolumda
sən inzafsız, zalımda
ölüm sənin yolunda,
Yoxsa, salamat qalım?
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.