Dəməşqdəki Əməvi məscidinin divarından Hafiz Əsədin adı yazılmış həkk götürülüb
Suriyalılar Suriyanın devrilmiş lideri Bəşər Əsədin atası Hafiz Əsədin Dəməşqdəki Əməvilər məscidində mərmər lövhəyə həkk olunmuş adını çəkiclə çıxarıblar.
Minlərlə dindar Baas Partiyasının devrilməsindən sonra ikinci dəfə cümə namazı üçün tarixi məscidə axışıb.
Namaz başlamazdan əvvəl şəhər camaatı ziyarətgahın divarına nərdivan qoyub, suriyalılardan biri mərmər lövhəyə çıxıb və çəkicdən istifadə edərək cinayətin günahkarı sayılan Hafiz Əsədin adının hərflərini sındırıb.
“Nur” surəsinin 36 və 37-ci ayələrinin sonundakı lövhədə “bu məscid sadiq prezident Hafiz Əsədin dövründə təmir və bərpa edilib” sözləri həkk olunub.
Əsəd rejiminin devrilməsindən sonra ilk cümə namazı dekabrın 13-də Dəməşqdəki Əməvi məscidində qılınıb.
Ərəb Respublikasının hər yerindən minlərlə dindar Əsəd ailəsinin 61 illik hakimiyyətinin başa çatması ilə bağlı bayramların keçirildiyi tarixi məscidə axın edib.
Suriya paytaxtının mərkəzində yerləşən və “Böyük Dəməşq Məscidi” kimi tanınan Əməvi məscidi dünyanın ən böyük və ən qədim məscidlərindən biri hesab olunur.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.