Türkiyə prezidenti Qahirə sammitində Azərbaycanın D-8-ə daxil olmasını alqışlayıb
Qardaş Azərbaycana D-8 ailəmizə “xoş gəldin” deyirəm.
“Haber Global”in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Misirin paytaxtı Qahirədə keçirilən 11-ci D-8 sammitində (Səkkiz inkişaf etməkdə olan ölkə – red.) deyib.
“Təşkilatımızı və onun əhatə dairəsini genişləndirmək üçün qapılarımız yeni üzvlər və tərəfdaşlar üçün açıq olmalıdır. Azərbaycanın təşkilatımıza qoşulması ilə biz bu gün dünənkindən daha güclüyük. Qardaş Azərbaycana deyirəm: D-8 ailəmizə xoş gəlmisiniz”, - Ərdoğan vurğulayıb.
Qeyd edək ki, D-8 - “İslam Səkkizliyi” Banqladeş, Misir, Nigeriya, İndoneziya, İran, Malayziya, Pakistan və Türkiyə arasında əməkdaşlığın inkişafı üzrə beynəlxalq təşkilatdır.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.