Рики Кики:
Ləyaqətli qadın nümunəsi !
Zöhrab Novruzoglu:
“Şükriyyə, taleyim şükür Xudaya...”
“Şükriyyə” Əhməd Cavad şəxsiyyətinin daha bir parlaq tərəfi idi. Çünki Əhməd Cavad şəxsiyyətinin formalaşmasında həyat yoldaşı Şükriyyə xanım da əsas amillərdən olub. Şairlə yaxın dostluq münasibətində olub, dövrünün el ziyalısı sayılan Paşa Hüseynov öz xatirələrində yazır: “1908-1912-ci illər idi. Əhməd Cavadla qonşu idik. Keçmiş Zərdabi küçəsində kirayədə qalırdı. Sənət məktəbində oxuyurdu. Tay-tuş idik. Sözümüz-söhbətimiz tuturdu. Bilirdim ki, gözaltısı var. Acar qızını sevir. Xəlvəti şeir yazırdı. Çoxu da sevgidən, məhəbbətdən. İlk vaxtlar demirdi, oxumurdu heç kəsə. Nəsə gizlədirdi. Utanırdı, yaman həyalı, çəkingən idi. Bir gün sevincək gəldi ki, ay Paşa, xeyir iş var, mütləq gəl. Əlbəttə, getdim. O zaman hələ çoxunun tanımadığı şairin toyunda iştirak etdim. Yığcam bir sağlıq da söylədim. Hər görəndə deyirdi ki, lələ, sən də əməlli şairsənmiş.
Toydan bir neçə gün sonra Şükriyyə xanımı Gəncədən Şəmkirə aparır. Bir müddət Seyfəlidə, ata yurdu Mehrilidə qonaq qalır. Sonra onlar yenidən Gəncəyə qayıdırlar”.
Şükriyyənin atası sərt, ötkəm adam idi. Qızına vaxtında xeyir-dua verməmişdi. Lakin aylar-illər keçdikcə ata ürəyi dözmür. Süleyman bəy 20 ildən sonra – 1936-cı ildə qızının sorağı ilə Gəncəyə gəlir. Şükriyyə xanımla, kürəkəni Əhməd Cavadla, nəvələri ilə görüşür. Bir neçə gün Gəncədə qonaq qalandan sonra evinə qayıdır. Beləcə yollar açılır, gediş-gəliş başlanır. Amma bir ildən sonra Əhməd Cavad həyatla vidalaşmalı olur.
Atası Əhməd Cavad ailəsi ilə yaxın dostluq münasibətində olan başqa bir şəxs Gəncə sakini Hamlet Allahverdiyev də bu xatirələrə toxunur: “Eşitdiyimə görə, Batumda Süleyman bəylə tanış olan Cavad onun Şükriyyə adlı qızına aşıq olur. Qız da şairi sevir. Cavad utanır özü Süleyman bəydən Şükriyyəni istəməyə, yaxın dostu Əli Səbridən məsələni Süleyman bəyə açmağını xahiş edir. Dostunun elçiliyini edən Əli Səbri Süleyman bəydən soruşur: “Cavad əfəndi nasıl biridi? İyi oğlandırmı?” Qız atası: “İyi, iyi. Gözəl şeirlər də yazıyor”. Süleyman bəyin müsbət cavabından ürəklənən elçi Şükriyyəni Cavada istəyir. Amma Süleyman bəy “qızılbaşa qız verməm”, – deyir. Çünki onlar sünni, Cavad isə şiə idi. Süleyman bəy qızı verməsə də, Şükriyyə Cavad əfəndiyə qoşulub qaçır. Qızı Batumdan Gəncəyə dayım Məşədi Ağanın evinə gətirir. Anam danışardı: “Bir gün Cavad əfəndi 15-16 yaşında hündürboylu, ağbəniz, alagözlü, qıvrımsaçlı çox gözəl bir qızla bizə gəldi. Qızı Batumdan qaçırmışdı. Beş gün bizdə qalıb sonra getdilər”. Həmin ev indiki Heydər Əliyev prospektində idi. 1945-ci ildə o evi uçurdular.
Anam Cavad əfəndini də çox tərifləyərdi. Çoxları Əhməd Cavada ortaboylu deyir. Amma anam danışardı ki, o, hündürboylu, qonurgözlü, yaraşıqlı kişi olub. Şükriyyə ilə bir-birilərini çox sevərmişlər".
Əhməd Cavad bu qənirsiz gözəli tükənməz məhəbbətlə sevirmiş. Ömrünün axırına kimi ona etibarlı ömür-gün yoldaşı, sədaqətli ər olur. Şükriyyə şairə beş övlad bağışlayıb. Türk-acar gözəli şairin ilham mənbəyi idi. Ona yazdığı bir sıra şeirlər, eləcə də "Şükriyyənamə" indi də dillər əzbəridir. Şükriyyə xanım da Əhməd Cavad repressiyaya uğradığı vaxt əsil qadınlıq mücəssəməsi nümayiş etdirir. Şairdən heç vəchlə imtina etmir. O, uşaqlarından təcrid edilərək Qazaxıştana sürgün edilir.
Bir şeirin tarixşəsi...
1936-cı ildə repressiyaların çağlayan vaxtlarında Əhməd Cavad vaxtilə Gəncədə Kənd Təsərrüfatı İnstitutunda bir yerdə işlədiyi müəllim yoldaşıyla şəhər bağında gəzişirmiş. Oradan-burdan danışandan sonra şair yoldaşından bir xahiş edir...
Deyir ki, indi sənə bir şeir verəcəm, onu oxu, əzbərlə və cır. Zamanı gələndə üzə çıxar. Müəllim şairin sözlərinə əməl edir. Şeiri əzbərləyir, kağızı cırır. 1937-ci ildə Əhməd Cavadı tuturlar. Və bir müddət sonra 15-20 dəqiqə sürən “məhkəmə”ylə güllələnir...
Şairin müəllim yoldaşı uzun bir ömür yaşayır. Şeir də heç kəsə söylənmədən onun yaddaşında qalır. Ta 1988-ci ilə kimi. Ölümünə bir az qalmış müəllim oğlunu yanına çağırır və şeiri öz oğluna əzbərlədir. Hələ Sovetlər dağılmayıb. Odur ki, ata oğluna şeiri yaddaşında saxlamağı xahiş edir. “Susmaram!!!” bu dəfə oğulun hafizəsinə köçür .
90-cı illərdə təhlükənin sovuşduğunu görən oğul – Fazil Məmmədov şeiri yaddaşından dilinə ötürüb, ara-sıra məclislərdə səsləndirir. Nəhayət, bir xeyirxah təşəbbüslə şeir 2004-cü ildə “Gəncəbasar” qəzetində çap olunur. 68 ildən sonra üzə çıxan şeir budur:
Susmaram!!!
Mən bir qulam, yük altında
əzilmişəm, qardaşım,
Sevinc bilməz bir məhkumam,
ahu-zardır sirdaşım...
Damğa vurub, zəncirləyib
tullamışlar zindana,
Qarlı-buzlu cəhənnəmlər
məskən olmuşdur mana...
Mənə «dinmə, sus!» - deyirsən,
nə vaxtacan susacam?
Böhranların, hicranların
məhbəsində qalacam?!
Niyə susum, danışmayım,
insanlıqda payım var,
Mənim ana Vətənimdir
talan olan bu diyar?!
Niyə susum, danışmayım,
türk yurdudur bu torpaq?!
Oğuzların, Elxanların
Vətənində kimdir bax!
Susmayacam!!! Qoy atsınlar
yük altında ölüncə
Təhqirlərə dözə-dözə
düşmən mənə gülüncə...
Süd verərkən doğma anam
belə demişdir mənə:
Səni qurban bəsləyirəm
türk yurduna-- Vətənə!
Bu dünyada azadlığı
şan-şöhrətdən üstün tut,
Alçaqlığı, yaltaqlığı,
rəzilliyi sən unut!
Sənin sevgin Vətən olsun,
millət olsun, mən olum,
Südüm sənə haram olsun
xəyanət etsən, oğlum!
Necə susum, danışmayım,
mən eləyim xəyanət?
Hanı sevgi, hanı Vətən,
di harada qaldı millət?!
Mən bir qulam, yerim altun,
suyum gümüş, özüm ac...
Atam məhkum, anam salih,
elim hər şeyə möhtac!
Dil yaranıb danışmağa
mən danışa bilmirəm,
Aç qəlbimi, yar sinəmi
ciyər vərəmdir-vərəm...
Koramal tək sürünməkdə
denən varmıdır məna?
Nə vaxtacan çörək üçün
girək hər alçaq dona?
Mən Azəri övladıyam,
dərin əqlim, zəkam var,
Nə vaxtacan çiynimizdə
gəzəcəkdir yağılar?
Nə qədər ki, hakimlik var,
məhkumluq var, mən varam!
Zülmə qarşı üsyankaram,
əzilsəm də SUSMARAM!!!
İmran Ceferov:
Allah rəhmət eləsin demək Əhməd Cavad Şəmkirli olub bax bunu bilmirdim Seyfəli kəndində çox olmuşam Azerbaycanın ən böyük kəndidi
Adil Cefferli:
Allah rəhmət eləsin.nə yaxşı o dövrün ərlərinə Şükriyyə kimi,Müşkünaz kimi qadınlar yazılıbmış.yoxsa onlrın qəbirləridə od tutub yanardı.
Chimnaz Majidova:
Bu əhvalatı bəlkə də 100 dəfə oxumuşam, hər dəfə də içdən o həyəcanı yaşayaraq ki, bir qadın nə qədər ləyaqətli olmalıdır ki, bütün bunlara tab gətirə bilsin.Əsil Azərbaycan xanımı bu xanımdır.
Туран Инфо:
Şükriyyə Axundzadə (Cavad) 1945-ci il oktyabrın 14-də həbs müddəti bitdikdən sonra azadlığa çıxır və Azərbaycana qayıdır. Bakıda yaşamasına icazə vermədiklərinə görə Şəmkirə köçür. Sürgündən qayıtdıqdan sonra bir neçə il Əhməd Cavadın hələ sağ olduğunu düşünüb. Onunla həbsxanada görüşə bilmək üçün uzun illər, müxtəlif dövlət orqanlarına, SSRİ Nazirlər Sovetinin sədrinə belə müraciət edib.
Yalnız 1955-ci ildə ona Əhməd Cavadın 1937-ci ildə öldürüldüyünün xəbərini veriblər.
1955-ci ilin dekabr ayında bəraət qazanıb.
1993-cü il oktyabr ayında Şəmkirin Çinarlı kəndində dünyasını dəyişib.
Allah rəhmət eləsin.
QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.
Qazaxıstanın o dəhşətli düşərgəsində ömrünün səkkiz ilini xərcləyən türk XATUNU
1937-ci ildə Əhməd Cavad həbs olunandan sonra, Mircəfər Bağırov, Əhməd Cavadın həyat yoldaşına - Şükriyyə xanıma Cavaddan boşanmağı təklif edir. Yoxsa həbs edəcəyini bildirir. Şükriyyə xanımın isə Mircəfər Bağırova cavabı belə olur:
- "Bəlkə də Cavadı güllələyəcəklər. Amma mənim boşanma ərizəm ona güllədən də ağır olacaq. Mən Əhməd Cavada görə atam Süleyman bəyi ayaqlayıb, ona qoşulub qaçmışam. Amma Cavadı heç vaxt ayaqlamaram".
Şükriyyə xanımı da həbs edirlər. 1937-ci ilin sonunda bir qatar üzü Qazaxıstan çöllərinə doğru yol almışdı. Vaqonda 47 nəfər vardı, üç gündü ac-susuz yol gedirdilər, üstəlik ayaq üstə. Həmin vaqonda Şükriyyədən başqa Ceyran Bayramova da vardı. O Ceyran ki, Bakıda Şükriyyə xanımı görməyə gözü yox idi, tamam-kamal başqa-başqa dünyaların adamıydılar, bir-birini heç cür həzm edə bilmirdilər. Həzm etmək nədir, rastlaşanda bir-birindən üz çevirir, qaşqabaq sallayırdılar. Biri bolşevik, o biri bəy qızı, başqa nə olmalıydı ki? Qatar stansiyada uzun-uzadı fit verdi, 47 nəfər qadın vaqondan atılıb sıraya düzüldü, nəzarətçi qadın beş nəfərin adını oxudu, onları qabağına "qatıb" stansiya hərbçilərinə konserva və çörək əvəzi SATMAĞA apardı. Bu "alver"dən "can yiyəsi"nə bircə tikə qara çörək çatırdı. Acından ölməmək üçün. Bir stansiya sonra rus hərbçilərinə "bəxşiş" kimi nəzarətçinin gözü Ceyran Bayramovaya zillənir. Şükriyyə Ceyranın söykəndiyi yeşiyin arxasından ayağını çəkir, yeşik yerə düşüb parça-parça olur. Ceyran qatar relsinin üstünə yıxılır, ağız-burnu qanasa da, rus zabitlərinin o məşum otağından xilas olur. Yerbəyer olan kimi Şükriyyənin ayağına yıxıldı. Növbəti günlərdə Ceyran Bayramova bircə suala cavab almaqdan ötrü dəridən-qabıqdan çıxırdı:
- Özünü zabitlərin o məşum otağından necə qoruyursan, niyə sənə toxunmurlar? Səndən cüzam vurmuş kimi qaçırlar. Neyləyirsən ki?! Mənə də de!
Şükriyyə başı ilə tualeti işarə edir, acı-acı gülümsəyir və deyir:
- “Gecə tualet növbəsində qapını arxadan bağlayıb paltarlarımı çıxarıram. Tualetin yerini silib əynimə geyirəm. Hamı məndən iyrənir, yaxın durmur.
Ceyranı elə bil ayağından yerə mismarladılar, udqundu, heykəl təki quruyub qaldı. Dedi:
- Mən acam, başa düşürsən, acam! Bəs sən ac deyilsən?
Şükriyyə:
- Mən heç kimə heç vaxt imkan vermərəm ki, Cavadın ləyaqətinə toxunsun.
Ceyran:
- Necə dözürsən? Altı gündür... Mən acam. Yemək istəyirəm, su istəyirəm. Boğuluram, boğuluram, axı dözə bilmirəm! Mənə də yol göstər, ləyaqətimi qoruyum.
Şükriyyə yolçuluğun birinci gününü, iki kilometr piyada gəldikləri o yolu, o günün axşamı özünü tualetə verib, paltarlarını çıxarıb tualetin döşəməsini sildiyini, saçını, üz-gözünü murdarlamasını xatırladı. Xatırladı və hıçqıra-hıçqıra danışdı... Sonra yaxasında gizlətdiyi kiçik sancağı çıxardı: Mən gündə bir dəfə bu sancaqla barmağımı deşib, hamı yatandan sonra soruram. Bax aa, əvvəl adamın ürəyi bulanır. Ceyran barmaqlarını birləşdirib onları paslı sancaqla deşdi və əlini ağzına təpib körpə anasını əmirmiş kimi sormağa başladı. Ceyran körpə, yetim uşaq kimi barmaqlarını sora-sora yatırdı.
Şükriyyə xanım Qazaxıstanın o dəhşətli düşərgəsində ömrün səkkiz ilini xərclədi... Odun doğradı, yük daşıdı, dərzilik, aşpazlıq elədi. Ta 1955-ci ilin 30 iyuluna - bəraət aldığı günə qədər...Vətənə dönəndən sonra şəhərbəşəhər düşüb balalarını başına yığdı, Şəmkirin Seyfəlisində - Əhməd Cavadın ata yurdunda şərəflə yaşadı, dünyayla da burada vidalaşdı...
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.