Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndələri ÜST-ün və Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak ediblər
Ümumdünya Səhiyyə Təşkilatının və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Bakıda “Ölkə üzrə Milli Pandemiya Planı”nın və “Azərbaycanda Sağlamlığın Təhlükəsizliyi üçün Milli Fəaliyyət Planının (NAPHS)” hazırlanması üçün əlaqədar qurumların səlahiyyətli nümayəndələrinin iştirakı ilə tədbir keçirilib. Qeyd edilən mühüm tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım, Sanitar Karantin Xidmətinin rəisi Surxay Məmmədov və xidmətin həkim-epidemioloqu Sahib Ağakişiyev iştirak ediblər.
Tədbirdə pandemiyaların operativ mərhələləri, səhiyyədə fövqəladə hallarda müəyyən edilmiş potensialın artırılması ehtiyacları, tələb olunan resurslar və dəstəyin müəyyən edilməsi, habelə 2023-cü ildə həyata keçirilən ölkənin birgə xarici qiymətləndirmənin nəticələri ətrafında geniş müzakirələr aparılıb. 9-12 Dekabr tarixlərində baş tutan tədbirdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcrbari Tibbi Sığorta Agentliyi, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (Təbib), Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Daxili İşlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyinin və AZAL-ın səlahiyyətli nümayəndələri iştirak ediblər.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.