Məşhur britaniyalı aktyor BMT-nin qala gecəsində Azərbaycandan danışıb
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının xoşməramlı səfiri, tanınmış britaniyalı aktyor Teo Ceyms Birləşmiş Millətlər Təşkilatının Müxbirlər Assosiasiyasının təşkilatçılığı ilə keçirilən mükafatlandırma mərasimində Azərbaycana səfərindən danışıb.
BMT rəsmiləri və diplomatlarının iştirak etdiyi gecədə çıxış edən Teo Ceyms bu il Azərbaycanda təşkil olunan COP29-da iştirakından danışıb. O, iqlim dəyişikliyi ilə mübarizə üzrə COP29 çərçivəsində Bakıda keçirilən mühüm görüşlər barədə təəssüratlarını bölüşüb.
Aktyor Azərbaycanda çox gözəl vaxt keçirdiyini, məhsuldar görüşlərdə iştirak etdiyini qeyd edib. O, Azərbaycan xalqına da salamlarını çatdırıb.
UNCA-nın mükafatlandırma mərasimində Teo James İlin Qlobal Vətəndaşı mükafatını alıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.