Bəşər Əsəd dekabrın 8-i səhərə qədər Dəməşqdə qaldığını açıqlayıb
Müxalifətin hücumu nəticəsində hakimiyyətdən devrilmiş Suriyanın keçmiş prezidenti Bəşər Əsədin ofisi onun adından bəyanat yayaraq dekabrın 8-i səhərə qədər Dəməşqdə qaldığını və həmin günün axşam saatlarına qədər ölkəni tərk etmədiyini bildirib.
Bəyanatda deyilir ki, B.Əsədin Suriyanı tərk etməsi planlaşdırılmayıb və döyüşlərin son saatlarında baş verməyib. Üsyançılar Dəməşqə daxil olduqdan sonra eks-prezident “rus müttəfiqləri ilə razılaşdırılaraq” hərbi əməliyyatları müşahidə etmək üçün Latakiyaya köçüb.
“Həmin səhər Hmeymim aviabazasına çatdıqdan sonra məlum oldu ki, qüvvələrimiz bütün döyüş xəttlərindən tamamilə geri çəkilib və ordunun son mövqeləri də düşüb. Bazadan çıxmaq mümkün olmadığı üçün dekabrın 8-i axşam Rusiyaya təcili təxliyənin təşkili tələbi ilə baza komandanlığına müraciət edib”, - deyə məlumatda bildirilir.
B.Əsədin sözlərinə görə, bu hadisələr zamanı o, “bir dəfə də olsun istefa vermək və ya sığınacaq axtarmaq haqqında düşünməyib” və heç bir müvafiq təklif almayıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.