Ədalət Tahirzadə:
ZİNYƏT TAHİRLİ-ƏLİBƏYLİNİN "QƏBƏLƏ ALİMLƏRİ" adlı kitabı işıq üzü görüb
11.12.2024-də sevimli bacım ZİNYƏT TAHİRLİ-ƏLİBƏYLİNİN "QƏBƏLƏ ALİMLƏRİ" adlı kitabı işıq üzü gördü. "AVE Print" nəşriyyatının poliqrafik baxımdan yüksək səviyyədə həyat verdiyi 316 səhifəlik əsər Qəbələ torpağında dünyaya göz açmış 35 alimin hər birinin yaşamı və yaradıcılığı haqqında məqalələrdən oluşur.
Elmi redaktoru özüməm. Bu, bacımın ikinci kitabı olsa da (birincisi daha çox Qarabağ şəhidlərimizə həsr edilmiş şeirlərin toplusudur) Qəbələnin alim oğullarından danışan birinci əsəridir, çünki Qəbələnin yetirdiyi alimlər yalnız bu 35 nəfər deyil, qat-qat çoxdur və onlardan da yazılmalıdır. İnşallah, ikinci kitabda yerdə qalanlar haqqında danışılacaq.
Kitabı əldə etmək istəyənlər rayonda yaşayan müəllifə müraciət etməzdən qabaq əllərini ciblərinə salmalıdır, çünki kitabı o, öz xərcinə nəşr etdirib (bu xərc isə yüksək məbləğdir). Bacımın borcu yuxusuz gecələr və ağır zəhmət hesabına, borc alaraq belə dəyərli bir əsəri ortaya qoymaqdırsa, oxucuların da borcu onun əməyini gərəyincə dəyərləndirmək, borcdan qurtulmasına yardım göstərməkdir.
Əsərin işıq üzü görməsində əməyi keçən Sədaqət xanıma və Aqil bəyə öz adımdan dərin minnətdarlıq bildirirəm!
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.