Suriyada müvəqqəti hökumət qurulub
Suriyada müvəqqəti hökumət qurulub.
Bu barədə ölkənin baş naziri vəzifəsini icra edən Məhəmməd Əl-Bəşir bildirib.
Onun sözlərinə görə, hökumət 2025-ci ilin martına qədər fəaliyyət göstərəcək.
“Müvəqqəti hökumət quruldu, o, “xilas hökuməti”ndən bir neçə nazirdən ibarətdir. Bu, konstitusiya məsələləri həll olunana qədər 2025-ci ilin martına qədər fəaliyyət göstərəcək müvəqqəti hökumətdir”, - Əl-Bəşir bildirib.
O qeyd edib ki, hökumət ölkənin dağılmaması üçün təhlükəsizliyi təmin edəcək və dövlət institutlarının sabitliyini qoruyacaq. Nazirlər Kabineti yeni hökumət formalaşana qədər vətəndaşlara xidmət göstərəcək, Əl-Bəşir əlavə edib.
Siyasətçi əvvəlki Nazirlər Kabinetinin nazirlərinin müvəqqəti hökumətə yardım göstərəcəyinə ümid etdiyini bildirib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.