Lando Norris dördüncü dəfə Qran-Prini udub
Cari ilin 2 mart tarixində Bəhreyndə mövsümün ilk Qran-Prisi ilə startı verilən formula-1 üzrə dünya çempionatına Abu-Dabidə (BƏƏ) baş tutan və sayca 24-cu olan Qran-Pri ilə yekun vurulub. Bu mərhələnin qalibi isə "Maklaren" komandasının britaniyalı pilotu Lando Norris olub. O, "Yas Marina Cirkuit" avtodromunda 5279 metr məsafədə olan trasi 58 dəfə dövrə vurmaqla 306.183 km məsafəni 1 saat 26 dəqiqə 33,291 saniyəyə qət edərək finişə birinci çatıb və əsas yürüşün qalibi olub. Bu onun cari ildə sayca dördüncü dəfə qalib gəldiyi Qran-Pri kimi qeydə alınıb.
Abu-Dabidə ikinci yeri ondan 5,832 saniyə geri qalan Karlos Sayns ("Ferrari") tutub. İlk üçlüyü isə finişə qalibdən 31,928 saniyə gec çatan monakolu Sarl Lekeler ("Ferrari") tamamlayib. Yeri gəlmişkən, ilin çempionu adını hələ Las-Veqas Qran-Prisində vaxtından əvvəl özünə təmin edən hollandiyalı pilot Maks Ferstsppen ("Red Bull") son mərhələ yarısında qalibdən 49,847 saniyə geri qalmaqla 6-cı olub.
İlin yekun nəticəsinə gəlincə, çempion adını 437 xalla pilotların reytinq cədvəlinə liderlik edən Maks Ferstsppen qazanıb. Yeri gəlmişkən, Ferstsppen 2024-cu ildə baş tutan 24 Qran-Prinin 9-da birinci yeri tutub. Vitse-çempion adına 374 xalla Lando Norris layiq görülüb. İlk üçlüyü 356 xalla monakolu Şarl Leklerin ("Ferrari") tamamladığı yekun cədvəldə avstraliyalı Oskar Piastri ("Maklaren") 292 xalla dördüncü yeri tutub. Karlos Saynsin aktivindəki 290 xalla 5-ci yeri tutduğu cədvəldə 6-ci yerin sahibi isə "Mercedes"in britaniyali pilotu Corc Rassel (245 xal) olub.
Maraqlıdır ki, 7 qat dünya çempionu adını daşıyan digər britaniyalı pilot - Luis Hamilton("Mersedes") isə 223 xalla mövsümü yeddinci pillədə başa vurub.
Komandaların yekun turnir cədvəli isə belədir:
1. Maklaren - 666 xal, 2. Ferrari - 652 xal, 3. Red Bull - 589 xal, 4. Mersedes - 468 xal, 5. Aston Martin - 94 xal, 6. Alpine - 65 xal, 7. Haas - 58 xal, 8. RB - 46 xal, 9. Uilyams - 17 xal, 10. Kurk Sauber - 4 xal.
Qeyd: 2024-cu ildə baş tutan 24 Qran-Pridən 9-Maks Ferstsppen, 4-də Lando Norris, 3-de Şarl Lekeler, hərəyə 2 dəfə isə Karlos Saynsin, Corc Rassel, Oskar Piastri və Lyuis Hamilton qalib gəlib.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.