17 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Belarus vətəndaşları Azərbaycan vasitəsilə İrandan təxliyə edilib

Belarus vətəndaşları Azərbaycan vasitəsilə İrandan təxliyə edilib

İran danışıqlar istəyir

İran danışıqlar istəyir

Netanyahu: İsrail İranın nüvə təhlükəsini neytrallaşdırmağa yaxındır

Netanyahu: İsrail İranın nüvə təhlükəsini neytrallaşdırmağa yaxındır

Bəybala Mirzəyev: İslam həmrəyliyi nəyə görə məhz indi molla rejiminin yadına düşüb?

Bəybala Mirzəyev: İslam həmrəyliyi nəyə görə məhz indi molla rejiminin yadına düşüb?

Mnatsakanyan: Biz Ermənistan Silahlı Qüvvələrindən silahları onların tərkib hissəsi kimi almışıq

Mnatsakanyan: Biz Ermənistan Silahlı Qüvvələrindən silahları onların tərkib hissəsi kimi almışıq

Daha bir tiktoker ev dustaqlığına buraxıldı

Daha bir tiktoker ev dustaqlığına buraxıldı

Ruben Vardanyanın işi üzrə zərərçəkmişlər ifadə verib

Ruben Vardanyanın işi üzrə zərərçəkmişlər ifadə verib

Levon Mnatsakanyan aprel döyüşləri zamanı Ermənistandan aldığı təlimatları məhkəməyə danışıb

Levon Mnatsakanyan aprel döyüşləri zamanı Ermənistandan aldığı təlimatları məhkəməyə danışıb

Böyük Qələbəyə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin 9-cu ildönümü

Böyük Qələbəyə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin 9-cu ildönümü

Əliməmməd Nuriyev: Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir?

Əliməmməd Nuriyev: Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir?

Azərbaycan sərhədçiləri İrandan narkotik daşıyan pilotsuz uçan aparatı vurublar

Azərbaycan sərhədçiləri İrandan narkotik daşıyan pilotsuz uçan aparatı vurublar

Müdafiə Nazirliyi iki əsgərin uçqun altında qalması ilə bağlı məlumat yayıb

Müdafiə Nazirliyi iki əsgərin uçqun altında qalması ilə bağlı məlumat yayıb

Şərqin ilk demokratik dövləti- Azərbaycan Xalq Cümhuriyyəti

Şərqin ilk demokratik dövləti- Azərbaycan Xalq Cümhuriyyəti

Müstəqilliyimizin 107-ci ildönümü qeyd olundu

Müstəqilliyimizin 107-ci ildönümü qeyd olundu

Ağcabədidə “28 May – Müstəqillik Günü” qeyd olundu

Ağcabədidə “28 May – Müstəqillik Günü” qeyd olundu

28 May – tarixımizin şanlı səhifəsi

28 May – tarixımizin şanlı səhifəsi

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
1. Ana Səhifə
2. Mədəniyyət
YADA DÜŞƏN XATİRƏLƏR Mədəniyyət

Fikrət Şiriyev: Bu gün şair Famil Mehdinin doğum günüdür

1 il əvvəl 609 01

Fikrət Şiriyev:

Bu gün şair Famil Mehdinin doğum günüdür

Bu gün xalqımızın görkəmli şəxsiyyətlərindən biri, Bakı Dövlət Universitetinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri(1973-2003), tanınmış Azərbaycan şairi, tənqidçi, publisist, filologiya elmləri doktoru, professor Famil Mehdi anadan olmuşdur.

Mehdiyev Famil Ağalar oğlu 1934-cü il dekabrın 25-də Ağdam rayonunun Sarıhacılı kəndində anadan olmuşdur. Əhmədvar kənd yeddiillik məktəbini bitirib Ağdam pedaqoji məktəbində oxumuşdur. 1953–1958-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almış, bir müddət "Bakı" axşam qəzetində ədəbi işçi kimi çalışmış, Filologiya fakültəsində aspirant (1961–1964), müəllim, baş müəllim,dosent, professor olmuş, Jurnalistika fakültəsində Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri vəzifəsində işləmişdir (1973-2003). "Azərbaycan bədii publisistikasının sənətkarlıq problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Qarabağ müharibəsinin ilk günlərindən "Nicat" cəmiyyətini yaratmış və Vətənin müdafiəsinə qalxan könüllülər arasında stimul yaratmaq məqsədi ilə cəmiyyət adından "General Məhəmməd Əsədov" mükafatı təsis etmişdir.

2003-cü il sentyabrın 29-da Bakıda vəfat etmişdir.

Maraqlı şəxsiyyət, istedadlı şair olan Famil Mehdinin özünün yazdığı “Sən kimsən, Famil Mehdi?” adlı məqalədən bir hissəni və bir şeirini dostlara təqdim edirəm:

“Ömrü boyu azadlıq üzünə həsrət qalan bir şair-publisist! Bu gün də hamının azadlıqdan danışdığı bir vaxtda azadlığın nə demək olduğunu əsla hiss etməyən bir insan!

-Ömrü boyu haqq-ədalət axtarışında olan və onu tapmayan, haqq-ədalət uğrunda mübarizədə həmişə tək qalan vətəndaş!

Uzun-uzun illərin müşahidələrindən, mübarizələrindən sonra "Dünya yaltaqlar, təlxəklər, pullular, simasızlar, nadürüstlər dünyasıdır" qərarına gələn bir ziyalı.

Mən Famil Mehdi (Famil Ağalar oğlu Mehdiyev) kiməm? Adi bir insan. Hamı anadan necə doğulubsa, mən də elə doğulmuşam. Bununla əlaqədar heç bir qeyri-adi söz-söhbət, əhvalat eşitməmişəm. Heç bir fərqləndirici hadisə baş verməyibdir. Hadisə baş verməyibsə, deməli səbəbi, izahı da yoxdur.

1934-cü ildə Ağdamın Sarıhacılı kəndində anadan olmuşam. Ayı, günü kənd sovetində qeyd olunmayıb. Sonradan uydurma tarix yazılıb: 25 dekabr. Bütün sənədlərdə belə yazılır: 25 dekabr 1934-cü il. İlk sinifləri Ağdam şəhər məktəblərində (5 və 3 nömrəli məktəblərdə), dördüncü sinifdən isə Əhmədavar kənd məktəbində (babamın evində) oxuyub, 7-ci sinfi də orada bitirmişəm. Sonra Ağdam Pedaqoji Məktəbinə daxil olmuşam. Həm əvvəlki məktəbi, həm də texnikumu fərqlənmə ilə bitirmişəm. Universitetin filoloji fakültəsinin jurnalistika şöbəsində də beş il əla oxumuşam. Ancaq fərqlənmə ilə bitirməmişəm. Səbəbi beşinci kursda hərbi təlimdə tərbiyəsiz hərəkət edən erməni tağım komandirinə sillə vurmağım olub. Universitetdən üstümüzdə rəhbər olan polkovnik Ambaryan o vaxt məni həbsə aldırmaq istəyirdi. Ancaq 3-4 gün hərbi təcridxanalarda saxladılar. Tələbələrin qəti tələbi ilə buraxıldım. Ambaryan acığını dövlət imtahanında çıxdı. Hərbi hazırlıqdan mənə "üç" qiymət yazdı. Rektorluq (rektor akademik Y.Məmmədəliyev və prorektor Mehdi Əliyev - Allah hər ikisinə rəhmət eləsin) işə qarışdılar. İstədilər ki, istisna hal kimi ikinci dəfə imtahan verim. Ancaq Ambaryanın üzünü görməmək, həm də onun minnətini "götürməmək" üçün ikinci dəfə imtahandan imtina etdim. (Bu əhvalatları tələbə yoldaşlarım, indi professorlar, məşhur alimlər Yaşar Qarayev, Tofiq Hacıyev və başqaları yaxşı bilirlər).

Universiteti bitirdikdən sonra jurnalistika üzrə aspiranturaya dəvət olundum. Akademik Mirzə İbrahimovun rəhbərliyi altında əvvəl "Səməd Vurğunun publisistikası" mövzusunda namizədlik, sonra isə "Bədii publisistikanın sənətkarlıq problemləri" adlı doktorluq dissertasiyası müdafiə etdim. Dərhal, yəni 1973-cü ildən jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasına müdir seçildim. Hazırda da həmin vəzifədə işləyirəm. Bir sıra dərsliklər, dərs vəsaitləri, çoxlu məqalənin müəllifiyəm.

Nə yazmışamsa əksəriyyəti böyük təzyiq altında, ixtisarlarla, düzəlişlərlə dərc olunub (bu, çox maraqlı bir tədqiqatın mövzusudur). Bu şeirlərimdə bir qayda olaraq tənqidi pafosla bağlıdır. Yuxarılarda mənə münasibət həmişə pis olub. 1970-1980-ci illər arasında iki böyük poemanın naboru (yığımı) mətbəədə ləğv edilib, yuxarıların bilavasitə yazdırdığı mənfi rəy və təzyiqlə jurnaldan çıxarılıb. Dövlət tərəfindən adi bir fəxri fərman da almamışam. Bununla fəxr etmək olar.

Əlli illiyimin qeyd olunmasını yuxarılar qoymadı. Televiziyada verilişi dayandırdılar. "Literaturnaya qazeta" SSRİ Yazıçılar İttifaqının yaxşı təbrikini dərc etdirdi. "Ədəbiyyat və incəsənət"də yazı verilməsini qoymadılar. Ancaq 1984-cü il dekabrın 25-də bütün respublika qəzetləri qeyri-rəsmi olaraq 50-illiyimi qeyd etdilər. Qısa xoş sözlər yazıb, şeirlərimi verdilər. Həmin gün Azərbaycan KP MK-nın ideoloji işlər üzrə katibi redaktorların müşavirəsini keçirib, onları divara dirədi: "Sizə kim ixtiyar verib MK-nın qərarı olmadan Famil Mehdiyə yubiley keçirmisiniz?" "Kommunist" qəzetinin redaktoru Rəşid Mahmudov cavab verib: "Famil Mehdi ləyaqətli ziyalıdır. Görkəmli şairdir, ictimai xadimdir." Digər redaktorlar da onun dediyini təkrar ediblər. Pis vəziyyətdə qalan katib deyib: "Axı, MK-nın bu haqda qərarı yoxdur. Heç olmazsa, o yazıları eyni gündə yox, müxtəlif vaxtlarda verəydiniz." Katib daha çox "Azərbaycan gəncləri" qəzetinin redaktorunu əvəz edən müavin Əlirza Balayevin üstünə düşüb: "Famil Mehdinin "Mənim yubileyim" şeirini niyə dərc etmisiniz? Şeirdəki:

Zərdabi daş kimi susub yatıbdır,

Kollar arasında itib-batıbdır.

O yanda milyonçu birinə ancaq

"Abidə" qoyulub - günümə bir bax!-

misralar kimə işarədir?" (Sonradan məlum olub ki, orada həqiqətən böyük vəzifəlilərdən birinin qohumuna abidə qoyulubmuş. Deməli güllə hədəfə dəyib). Katibin göstərişi ilə Ə.Balayev redaksiya heyətinin iclasını keçirib, özünə və şöbə müdiri Tofiq Mütəllibova töhmət elan edib. MK-da işləyən tanışlarının köməyi ilə vəzifədən çıxarılmasının qarşısı alınıb...

Hətta, bir müddət adım qəzetlərdə xəbərlərdən çıxarıldı, televiziyaya buraxılmadım. Aşağıların adi bir "sağ ol"u mənə yuxarıların min təşəkküründən, mükafatından qat-qat üstündür. Bu haqda şeirim də var:

Nə yaxşı mükafat almadım, Allah,

Mükafat alanlar susur, lallaşır.

Mükafat alanlar liberallaşır.

Qəfil ürəklərin odumu sönür,

Mükafat alanlar quzuya dönür.

Yamandır insanın quzulaşması,

özündən qaçması, uzaqlaşması.”

Famil Mehdinin 1980-ci illərin sonunda ağır iqtisadi durumda olan ölkəmizin ziyalılarına ünvanladığı bir şeir dillər əzbəri olmuşdu.”Dilən,professor, utanma, dilən” adlı həmin şeiri də paylaşıram:

Dilən, professor, utanma, dilən...

Dillən, professor, utanma, dillən...

Səslə, hər keçəndən sədəqə istə,

Qaçandan, köçəndən sədəqə istə.

Fərqi yox, Bakıdan, Ağdamdan olsun,

Səninçün nə fərqi: yaxşı, yaman kim,

Bir də qanmayan kim, həm də qanan kim,

Məslək dəyişənmi, ev dəyişənmi,

Qızıl axtaranmı, ya goreşənmi,

İnsanmı, heyvanmı - satandı, gedir,

İt-qurd kölgəsində yatandı, gedir.

Dünyanın ən qəlpi, ən safı olsun,

Təki ürəyinin insafı olsun.

Hanı o qırmızı diplomlar, hanı?

Nəyimə gərəkdir torbada qala,

çıxar, hamısını cır at, tapdala.

Yandır cild-cild, yansın əl yazıların,

Sən kimə gərəksən, o kimə lazım?

O fəxri fərmanları,

Təşəkkürləri yandır,

Dünya aldanan yox, bil aldadandır.

Bir də ki, hər dəfə qomarlayanlar,

Öpüb bığlarını tumarlayanlar-

Nəvələr görməsin diləndiyini,

Tale xırmanında döyüldüyünü,

Ömrün ələyində ələndiyini.

Dilən, professor, utanma, dilən,

Dillən, professor, utanma, dillən...

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

İnci Mirzəyevanın "Rənglərin incisi" adlı fərdi sərgisi açılıb

İnci Mirzəyevanın "Rənglərin incisi" adlı fərdi sərgisi açılıb

John Doe 5 gün əvvəl

Məmməd Əvəzoğlu: Dildarəm mən

Məmməd Əvəzoğlu: Dildarəm mən

John Doe 1 həftə əvvəl

Rənglərlə danışan incəsənət qəhrəmanı

Rənglərlə danışan incəsənət qəhrəmanı

John Doe 1 həftə əvvəl

Məmməd Əvəzoğlu: Qalmayıb

Məmməd Əvəzoğlu: Qalmayıb

John Doe 1 həftə əvvəl

Dövlət Uşaq Filarmoniyası balaca dostlarını təbrik edib

Dövlət Uşaq Filarmoniyası balaca dostlarını təbrik edib

John Doe 1 həftə əvvəl

“Allegro” qəzetinin əsas məqsədi musiqi sənəti sahəsində baş verən yenilikləri işıqlandırmaqdır

“Allegro” qəzetinin əsas məqsədi musiqi sənəti sahəsində baş verən yenilikləri işıqlandırmaqdır

John Doe 1 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib

İlham Əliyev minifutbol üzrə dünya çempi...

2 iyun 2025 20:53:35
• Azərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar}

Azərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın avtomobil...

28 may 2025 13:18:39
• ÖTƏN GÜNÜN XRONİKASI: Laçında Prezident İlham Əliyevin Pakistanın Baş naziri ilə nahar əsnasında geniş tərkibdə görüşü olub}

ÖTƏN GÜNÜN XRONİKASI: Laçında Prezident İlham Əliyevin Pakis...

28 may 2025 10:58:48
• Laçın şəhəri MDB-nin mədəniyyət paytaxt statusunu qeyd etməyə hazırlaşır}

Laçın şəhəri MDB-nin mədəniyyət paytaxt statusunu qeyd etməy...

28 may 2025 10:43:12
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com