Məmməd Əvəzoğlu:
Öldürür əndişə məni
Qəfil hicran odu salmış yenə ağuşə məni,
Gətirə bilməsin ilham pərisi cuşa məni.
O gülə əhd eləmişdim ki, ora getməyəcəm,
Yenə dartır özünə saqi olan guşə məni.
Canı yanmış qədəhə mey əvəzi işvə süzür,
Gətirə bilmədi yarım o gecə huşa məni.
İnciyib getdi, o gündən elə hey yalvarıram,
Qayıdarmı görəsən, öldürür əndişə məni.
O gecə ox kimi yağdırdı dilindən çıxanı,
Dözməyir indi canım, doğrayır hər tişə məni.
Ərköyün körpə kimi sahibini dinləmədi,
Pir olan vaxtı ürək saldı bu gərdişə məni.
O güləndam da günahın bu Məhəmməddə gəzir,
Nə bilə, sövq elədi kim belə vərdişə məni.
Məmməd Əvəzoğlu.06.12.2024.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.