Suriya xalqı ölkənin gələcəyi ilə bağlı müstəqil qərar verməlidir - Pezeşkian
Suriya xalqı öz ölkəsinin gələcəyini, o cümlədən siyasi və hökumət sistemini müstəqil şəkildə müəyyən etməlidir.
Bunu İran prezidenti Məsud Pezeşkian deyib.
İran rəhbəri qarşılıqlı anlaşmaya nail olmaq üçün Suriya cəmiyyətinin müxtəlif təbəqələri arasında dialoqun vacibliyini vurğulayaraq, hərbi münaqişənin tezliklə dayandırılmasına və zorakılığın dayandırılmasına ümid etdiyini bildirib.
“Suriya xalqı sakit bir mühitdə, dağıdıcı xarici müdaxilə olmadan Suriya xalqının əzəmətinə uyğun qərarlar qəbul etməlidir”, – Pezeşkian bildirib.
Bundan əvvəl İran Xarici İşlər Nazirliyi inklüziv hökumətin yaradılması üçün Suriyada bütün sosial qrupların iştirakı ilə milli dialoqun aparılmasının zəruriliyini bəyan etmişdi.
Xatırladaq ki, silahlı müxalifət dekabrın 8-nə keçən gecə Dəməşqə nəzarəti bərqərar edib. Hökumət ordusunun komandanlığı Bəşər Əsədin hakimiyyətinin başa çatdığını elan edib. Prezidentin özü paytaxtı tərk edib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.