"Abşeron"la "Azərreyl" şərikli liderdi
Qadın voleybol klublarının mubarizə apardığı Azərbaycan çempionatının Yüksək Liqasında 2024/25-ci illər mövsümünün ikinci turu çərçivəsində növbəti oyunlar keçirilib. Oyunlardan ikisi Bakı Voleybol Mərkəzində, biri isə Gəncədəki Olimpiya İdman Kompleksində baş tutub. Gəncədə eyni adlı klub "Milli Aviasiya Akademiyası"ni qəbul edib. Tay-brekə uzanan oyun qonaq komandanın qələbəsi ilə bitib - 2:3 (20:25, 21:25, 25:17, 25:17, 11:15).
Bakı Voleybol Mərkəzində isə əvvəlcə "Azərreyl" klubu ilə "Murov Az Terminal" qarşılaşıb. Bu görüşdə isə ev sahibi eyni hesabla qalib gəlib - 3:2 (25:18, 23:25, 22:25, 25:8, 18:16).
Ardından "Abşeron" klubu çətinlik çəkmədən UNEC-i quru hesabla məğlub edib - 3:0 (25:10, 25:12, 25:9).
Geridə qalan ilk iki turdan sonra yarış cədvəlinə 6 xalla "Abşeron" və "Azərreyl" şərikli liderlik edir. "Murov Az Terminal"un 4, "MAA"nin 2, "Gəncə"nin 1 xalı olan cədvəldə sonuncu yeri 0 xalla UNEC tutur.
Üçüncü turun oyunu dekabrın 13-də olacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.