Suriya müxalifəti silahlı qüvvələri başqalarının əmlakına hörmət etməyə çağırır
Suriyanın Müxalifət və İnqilabçı Qüvvələrin Milli Koalisiyası Dəməşq də daxil olmaqla mühüm şəhərlərə nəzarəti ələ keçirmiş silahlı qrupların üzvlərini dövlət və şəxsi mülkiyyətə hörmət etməyə çağırıb.
Suriya Milli Koalisiyası bütün inqilabi qüvvələri dövlət qurumlarını, ictimai obyektləri və ibadət yerlərini qorumağa, ictimai və şəxsi mülkiyyətə hörmət etməyə, bütün etnik qruplara, dinlərə və inanclara mənsub suriyalıları qorumağa, mənəviyyatımızın, inqilabımızın parlaq tərəflərini göstərməyə çağırır.
Koalisiya “böyük Suriya xalqını və onun bütün oğul və qızlarını azadlıq, ləyaqət, demokratiya, ədalət naminə 14 illik dinc və silahlı mübarizədən, çığırtılardan və güllələrdən sonra Suriyanı Bəşər Əsədin cinayətkar rejimindən azad etdiklərinə görə təbrik edib.
Noyabrın 27-də müxalif silahlı qruplaşmaların üzvləri Hələb və İdlib əyalətlərində hökumət mövqelərinə qarşı genişmiqyaslı hücuma başlayıb. Dekabrın 7-də axşam saatlarında Suriya prezidenti Bəşər Əsədin əleyhdarları bir neçə böyük şəhəri ələ keçirdilər. Bazar günü səhər onlar Dəməşqə daxil olublar, bundan sonra ordu hissələri paytaxtı tərk ediblər.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.