Eltac Səfərli AÇ-da dördüncü olub
Şimali Makedoniyanın paytaxtı Skopiyada kişilər arasında şahmatın rapid və blits növündə şəxsi Avropa çempionatı keçirilir. Azərbaycan şahmatçıları da daxil olmaqla 400 zəka sahibinin mübarizə apardığı rapid yarışına 11-ci turla yekun vurulub. Azərbaycan təmsilçiləri arasında ən yaxşı nəticəni Eltac Səfərli göstərib. 11 turda 8,5 xal toplayan Səfərli yekunda dördüncü yeri tutub. Onunla eyni xal ehtiyatına malik olan digər təmsilçilərimiz Məhəmməd Muradlı isə əlavə əmsallara görə 11-ci olub. Digər təmsilçilərimizə gəlincə, Namik Quliyev (8 xal) 23-cu, Rauf Məmmədov (7,5 xal) 43-cu, Elnur Əliyev (6 xal) 144-cu yer, Eldar Laçınov (5 xal) isə 247-ci olub.
Bu gün və sabah isə AÇ-da blits yarışları keçiriləcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.