Peşəkar Çövkən Liqasında sayca 18-ci olan son turun oyunları keçirilib
Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin qapalı manejində Peşəkar Çövkən Liqasında sayca 18-ci olan son turun oyunları keçirilib və bununla da cari mövsümə yekun vurulub.
Turun mərkəzi oyunlarında biri "Sərhədçi" ilə "Embovood" klubu arasında baş tutub. Çempionluğun taleyini həll edən bu qarşılaşma "Sərhədçi"- nin böyük hesablı qələbəsi ilə başa çatıb - 13:0. Bu qələbədən sonra "Sərhədçi" yarış cədvəlində birinciliyi əldə etməklə mövsümün qalibi olub. Yarış cədvəlində ikinci yerin taleyi "Polad"la "Köhlən atlar" klubu arasında baş tutan oyunda həll edilib. Oyunda 12:0 hesabla qalib gələn "Polad" ikinci yeri özünə təmin edib.
Üçüncü yerin sahibi isə "Zəfər"-"Ağstafa Dilbaz" matçında müəyyənləşib. Görüşdə 5:0 hesabla qalib gələn "Zəfər" yarış cədvəlində ilk üçlüyü tamamlayıb.
Turun digər oyunlarına gəlincə, "Elit" "Şirvan" klubunu 5:0, "Omar" isə "Qarabağ"ı 7:0 hesabla məqlub edib.
Yeri gəlmişkən, PCL-da mövsüm ərzində 10 klub 18 turda üst-üstə 90 oyun keçirib.
Bir məqamı da qeyd edək ki, 14-24 dekabr günlərində isə eyni məkanda çövkən üzrə ənənəvi Prezident Kuboku-2024 keçiriləcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.