Hümbət Quliyev:
Dəniz və səma
( esse)
İkinci ildir ki, yeni evimin( Allah hamıya qismət eləsin) pəncərəsindən dənizə baxmaq imkanım yaranıb. Dəniz hər fəsildə gözəldir. Sumqayıtda günəş dənizdən çıxır və o mənzərəni səhər dəniz sahilinə gəlib ən azı bir dəfə görmək gərəkdir.
Amma son zamanlar açdığım bir kəşfi sizinlə bölüşmək istəyirəm, elə yazmaq istədiyim də odur. Dəniz mənzərəsi mənə adiləşdikdən sonra səmaya da diqqət yetirməyə başladım və tədricən anladım ki, səmaya tamaşa eləmək, dənizə tamaşa etməkdən qat- qat maraqlıdır. Dənizdəki yeknəsək ləpələri və düz xətt kimi uzanan üfüqü nəzərə almasaq, göz ilişdirməyə bir şey tapmırsan. Səmada isə… Hər dəqiqə müxtəlif çeşidli buludların hərəkətindən doğan yeni, əsrarəngiz mənzərələr. Buludlar da rəngbərəng, mərtəbə mərtəbə. Əslində günəş də elə səmaya aiddir. Hələ səmada olan ayı, ulduzları demirəm. Səmada eyni anda günəşin və ayın olması isə ayrı bir mənzərədir. Dənizin xətrinə dəymək istəməzdim, amma səma başqa bir aləmdir.
Təfəkkür üçün də dəniz bəsit cavabı olan sualdır: bəlli duzlu su, irili, xırdalı balıqlar, nadir halda keçən balıqçı qayıqları…Səmaya baxanda, onun arxasındakı kainatı düşünəndə, sonsuz doğan və hələ də cavabsız qalan suallar və müammalıqdan doğan həyacan.
Alimlər deyir ki, bütün canlılar, dənizdən çıxıb. Amma ruhlar ki, səmaya qalxırlar.
Əlbəttə çıxdığımız yer maraqlıdır, amma gedəcəyimiz yer ondan da maraqlıdır, məncə…
Hümbət Həsənoğlu
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.