Əfsanəvi Messi komanda yoldaşları ilə birlikdə Bakıya səfər edəcək
Argentinalı əfsanəvi futbolçu, səkkizqat “Qızıl top”un sahibi və dünya çempionu Lionel Messi ulduz komanda yoldaşları Luis Suares, Serxio Buskets və Xordi Alba ilə birlikdə Bakıya səfər edəcək.
Dekabrın 11-də “Baku Crystal Hall”da onların iştirakı ilə tədbir keçiriləcək.
Fanatların nəinki kumirlərini canlı görmək, həm də onlarla unudulmaz anlar keçirmək imkanı olacaq. Tədbirin qonaqları Lionel Messinin futbol karyerasına və həyatına həsr olunmuş unikal filmdən həzz ala biləcəklər. Film əvvəllər məlum olmayan faktları üzə çıxaracaq və argentinalı dahi şəxsiyyətin formalaşmasının əsas mərhələlərini göstərəcək.
Bayram ab-havası təsirli musiqi proqramı ilə tamamlanacaq. “Baku Crystal Hall”un səhnəsində dünya şöhrətli bəstəkar və müğənni Villi Uilyam, eləcə də məşhur “Morandi” qrupu çıxış edəcək. Tamaşaçıları alovlu ritmlər və unudulmaz emosiyalar gözləyir.
Bu tədbir təkcə futbolsevərlər üçün deyil, bütün musiqi və mədəniyyətsevərlər üçün əsl hədiyyə olacaq. Biletləri iTicket.az saytından və satış məntəqələrindən əldə etmək olar.
Nəzərinizə çatdıraq ki, bilet satışından əldə olunan bütün gəlir xeyriyyəçiliyə gedəcək.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.