"Apple" "iPhone" istifadə edən işçilərinə casusluq edirmi?
“Apple” işçisi şirkətə qarşı iddia qaldıraraq, onu cihazlarında quraşdırmaları tələb olunan proqram təminatını casusluqda ittiham edib.
"Apple"ın reklam texnologiyaları departamentindən Amar Bhaktın sözlərinə görə, şirkət işçilərdən öz şəxsi cihazlarında işçilərin elektron poçtuna, foto arxivinə, sağlamlıq məlumatlarına və digər şəxsi məlumatlarına çıxış imkanı verən proqram təminatı quraşdırmağı tələb edir.
"Şəxsi hesabınızı iPhone, iPad və ya Apple tərəfindən idarə olunan və ya Apple-a məxsus kompüterdə istifadə edirsinizsə, cihazda saxlanılan hər hansı məlumat (e-poçtlar, fotoşəkillər, videolar, qeydlər və s. daxil olmaqla) Apple tərəfindən yoxlanılır".
Bundan əlavə, iddiaçı iddia edir ki, Apple işçilərə iş şəraitini müzakirə etməyi, media ilə əlaqə saxlamağı və Apple daxilində pozuntular haqqında məlumatı açıqlamağı qadağan edir. 2020-ci ildən bu şirkətdə çalışan Bhakt bildirib ki, ona podkastlarda işi haqqında danışmaq qadağan edilib və iş şəraiti ilə bağlı məlumatları LinkedIn profilindən silmək məcburiyyətində qalıb.
Apple iddialara cavab olaraq iddiaların əsassız olduğunu və işçilərin iş şəraitinin müzakirəsi ilə bağlı illik təlim keçdiklərini bildirib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.