Sakit Malikov:
Əzizim Ulduz xanım! Xahiş edirəm, mənə deyin, bu yazının üstündən bir-iki cümlə ilə necə keçim? Axı ürəyim doludur… Yazmasam, bu ürəyi incidə bilərəm. Əfvinizə sığınaraq… Ulduz xanımın bu yazısı, insanın torpaqla, doğulduğu yurdla dərin mənəvi bağını təsvir edən çox təsirli bir hissiyyat manifestidir. Yazı həm fərdi, həm də kollektiv bir ağrını əks etdirir – illərlə doğma yurddan ayrı düşən insanların həsrətini, kədərini və o torpağa duyulan qırılmaz sevgini. Hər bir cümlə sanki bir ruhun fəryadıdır və oxuyanın qəlbində iz buraxır.
Yazıda ən diqqətəlayiq məqam, ananın torpağa toxunaraq keçmişin qoxusunu hiss etməsidir. Bu, təkcə fiziki bir bağ deyil, həm də zamana meydan oxuyan bir mənəvi əlaqədir. Ananın illər sonra uçuq evinin divarlarına baxaraq keçmişdə yaşadığı bütün xoşbəxtlikləri xatırlaması, torpaqdan gələn qoxu ilə yaşamaq enerjisini yenidən tapması, insanın mənsubiyyət duyğusunun dərinliyini nümayiş etdirir. Bu hisslər göstərir ki, torpaq insan üçün təkcə coğrafi bir məkan deyil, həm də xatirələr, həyat və ruhun dayaq nöqtəsidir.
Atanın vəsiyyəti yazının ən dərin fəlsəfi məqamlarından biridir. “Torpağımı gətirin, məzarımın üstünə səpin ki, dinc yatım” sözləri insanın torpaqla ölümsüz bağını simvolizə edir. Bu, bir yandan Vətənin əvəzolunmaz olduğunu, digər yandan isə torpağın insanın ruhunu sakitləşdirən və ona mənəvi tamamlıq verən bir gücə malik olduğunu göstərir. Vətən sevgisinin bu qədər dərin və müqəddəs bir şəkildə ifadəsi oxucunu həm düşündürür, həm də duyğulandırır.
Yazı yalnız keçmişə həsrət qalmır, həm də gələcəyə ümid verir. “Bu gündən başlasın hər şey” ifadəsi, insanın ağır keçmişi arxada qoyaraq yenidən başlamağa qərar verdiyini göstərir. Bu, həsrət çəkən və Vətəninə qovuşan hər kəsin ortaq hissidir – yenidən yaşamaq, yenidən sevmək və Vətəndə ölümə belə razı olmaq arzusu.
Ulduz xanımın təsvirləri çox canlı və emosionaldır. Hər cümlə bir tablo kimi göz önündə canlanır. Ananın uçuq divarları sığallaması, torpağın qoxusunu hiss etməsi, onu torbasına doldurması kimi məqamlar oxucunun ürəyinə toxunur. Bu, təkcə bir ailənin hekayəsi deyil, həm də Vətənindən ayrı düşən hər bir insanın daxili fəryadıdır.
Bu yazı, yalnız bir hekayə deyil, həm də Vətən sevgisi haqqında dərin bir meditasiya, insan ruhunun torpaqla və xatirələrlə əlaqəsini izah edən poetik bir ifadədir. Ulduz xanım, bu yazı ilə oxucunu həm düşündürür, həm də onun ürəyinə toxunur. Yazı təkcə Cəbrayılın deyil, bütün bir xalqın, öz torpağından ayrı düşən insanların, doğma yurdlarına qayıdanların ortaq həsrətini və sevincini əks etdirir. Bu, sadəcə torpağın deyil, insan ruhunun hekayəsidir
Sabir Şükürov:
ÇOX KÖVRƏKDİR, ÇOX TƏSİRLİDİR.
ANANIZA ALLAH UZUN ÖMÜR VERSİN.
Mən 1967--68-69-70- illərdə İNQİLAB kolxozun pambıq yığmağa gəlirdik.
Mehdinin hər küçəsi hər əkin sahəsi yadımdadı.
QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir
Ulduz Qasım:
Üzü dönsün ayrılığın...
Bu günlərdə anam Cəbrayıla, doğma kəndimizə getmişdi. Qardaşım ordan mənə bir video göndərmişdi.
Mən aşiq, səhər açar,
Çiçəklər səhər açar.
Hamı şirin yuxuda-
Analar səhər açar...
Bu şeiri mən anamın bu günlərdə həsrətlə baxdığı, uçub dağlmış, viranəyə çevrilmiş ikimərtəbəli evimizdə yazmış, anama oxumuşdum. O da gülümsəmişdi...
İndi anamın illərlə rəhmətlik atamla halal zəhmətləriylə tikdikləri ikimərtəbəli evin xarabalıqlarına necə həsrətlə, necə yanğıyla baxdığını görmək nə qədər ağır, nə qədər kədərlidi...
Az qala o anda quş olub, ora uçmaq istədim. "Ürəyinə qurban olum, ana, elə baxma, o qədər qəhərlənmə, o gözəl ürəyin o qədər yanmasın" demək istədim...
Sən ağlama, qoy mən ağlayım. Bu da keçər, bu yaralar da qaysaqlayar bir gün. Şəkildə də olsa, ürəyindən keçənləri baxışlarından oxuyuram. Bu məni qəhr edir. Əllərim titrəyir bu sətirləri yazarkən. Kaş ki, bunlar olmayayadı, kaş ki, gözəl anam. Ömür vəfa edər inşaallah, gəlib bu torpaqlarda yaşayarsan. Keçmişin xatirələrini yada salarsan bir-bir...
Mənə göndərilən videoyaya baxandan sonra gecələrlə yata bilmədim. İçində onlarca dəfə çevrildiyim yataq az qaldı dil aça, mənə yalvara onu incitməməyim üçün. Ancaq əlimdə deyildi. Görəsən, yataq nələr cəkdiyimdən xəbərdardımı?
Bəlkə də səksən yaşını keçmiş anam evinin ətrafına on dəfə dolandı. Sanki xarabalığa çevrilmiş, tozlu-torpaqlı uçuq tikililər pir olmuşdu. Yaşaran gözləriylə uçuq divarlara baxdı. Sanki keçmişi, burda yaşadığı illəri bir anlığa geri gətirmək istədi. Evinə-eşiyinə toz qondurmayan anam tozlu-torpaqlı divarları nəvazişlə sığalladı... Nələri xatırladı?.. Kimlər gəlib keçmədi gözünün önündən. Ömür-gün yoldaşı, rəhmətlik atamla bu evdə yaşadıqları əlli ilimi, səkkiz övladı dünyaya gətirib, böyütdüklərinmi, yüzlərcə sevincli anlarımı, günlərimi? Oğul evləndirib, qızlarını ər evinə köçürdüklərinimi?
Solmuş yarpağınam, sınmış budağın,
Sönmüş ocağınam, uçmuş otağın,
Hər dərdə şəfadır isti qucağın.
Oxşa saçlarımı, dara, sığal çək,
Vətən, məni torpağında bir də ək!
Anam şair qardaşım Novruz Həsənov kimi: Vətən, məni torpağına bir də ək, demək istədi o anda...
Zalım düşmən...Gör nələri alıb əlimizdən. Sadəcə evimizi-eşiyimizi deyil, sevincimizi, gözəl günlərimizi, onları yaşadığımız məkanımızı. Hətta bütün nişanələri, xatirələrimizin bağlı olduğu hər şeyi silməyə can atıb və çoxunu da yox edib...
Atam Hacı Fəzili rəhmətə gedəndə bizə dedi ki, bir gün torpaqlarımızı azad edəcək igidlərimiz. O zaman məni ora aparmağı düşünməyin. Elə bu yaxında olan şəhidlər qəbiristanlığında məni dəfn edin. Elə mən də şəhidəm. Vətənindən məcbur çıxarılan bütün insanlar da şəhiddilər. Ancaq nə zaman oralara ayaq bassanız, həyətimizin torpağından gətirib məzarımın üstünə səpin. Səpin ki, həsrətim dinsin, dinc yatım məzarımda...
Bunu anam əlindəki torbaya torpaq yığanda xatırladım...
İlahi, nədən bu torpaq bu qədər əvəzolunmazdı, şirindi? Cazibəsindən çıxmaq olmur. Özünü də, ruhunu da ancaq o dindirir, o sakitləşdirir... Mənə elə gəlir ki, heç bir alim, filosof hələ də bunu sonuna qədər açıqlaya bilməyib. Burda bir ilahi sirr var. Nədən insan güllü-çiçəkli, yamyaşıl bir diyardan doğulduğu səhralara dönməyə can atır. Oranı cənnət sanır. Orda yaşamağı, orda, can yaxan qızmar günəşin altında olmağı seçir? Həyatım boyu bu cazibəni, bu eşqi, bu sevgini, bu sirri düşünmüşəm. Sonuna qədər açıqlaya bilməmişəm. Hamısı da o torpaqdan irəli gəlir, onunla bağlılıqdan...
Torpaqdı insanı yaşadan, can verən, sevməyi öyrədən, cazibədar olan odur. Və indi də atamın rahat məzarda yatması üçün anam həmin torpaqdan öz torbasını doldururdu. Sən demə, sadəcə onun üçün deyil. Qardaşım deyir ki, torpağın yarsını da yatağının yanına qoyub. Kəndin qoxusu gəlir ondan, deyir. Elə bilirəm indi dünyaya gəlmişəm. Neçə illərdi yaşamırdım. Sanki zaman durmuşdu.
Kənddən çıxandan bəri heç nəyi xatırlamaq istəmirəm. Unutmaq istəyirəm ötən otuz iki ili. Qoy bu gündən başlasın hər şey. Bundan sonra ölüm də gözəldi, deyir anam. Vətənsiz ölüm də ucuzdu, mənasızdı. Bundan sonra əcəli də bayram kimi qarşılayacam. Bax, bu qalan torpağı da, əgər burda ölsəm, məzarımın üstünə tökün. Onda məzarda rahat yatacam. Soyuqda üşüməyəcəm, istidə daralmayacam...
İlahi, sən torpağın gücünə bax, cazibəsinə bax...
Moskva.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.