"Sabah" NTD-ni məğlub edərək yenidən liderliyə yüksəlib
Kişi basketol klublarının mubarizə apardığı Azərbaycan Basketbol Liqasında (ABL) bu gün daha iki oyunla 4-cü turun qarşılaşmaları ilə davam edib. Qeyd edək ki, hesabat turunun üçüncü günü Xırdalandakı Abşeron Olimpiya İdman Kompleksində "Sabah"-"NTD" oyunu ilə başlayıb. Qarşılaşma Azərbaycan çempionu adını daşıyan "Sabah"in qələbəsi ilə bitib - 110:86 (41:16, 18:26, 31:19, 20:25). Matçın ən yaxşı oyunçusu adına 33 xal toplayan və 11 dəfə podbor edən Xassani Qravett ("Sabah") layiq görülüb. Bu qələbədən sonra "Sabah" yer aldığı A qrupunda liderliyi ələ alıb.
Günün ikinci oyununda Qbabanın eyniadlı klubu Quba Olimpiya İdman Kompleksində (OİK) Sumqayıtin eyniadlı klububunu qəbul edib. Həmin oyunda isə "Quba" klubu qələbəyə sevinib - 97:83 (18:22, 25:21, 23:19, 31:21). Matçın ən yaxşı oyunçusu ev sahibinin formasını geyinən Kameron Cons (31 xal + 17 podbor) olub.
Sabah turun daha iki oyunu keçirəcək.
Saat 12:00. "Sərhədçi"-"Neftçi". Xırdalan, Abşeron OİK.
Saat 14:00. "Gəncə"-"Şəki ". Gəncə OİK.
Turun ilk iki günündə keçirilən oyunların nəticəsi belə olub:
"Abşeron"-"Naxçıvan" - 68:72, "Lənkəran"-"Ordu" - 55:92.
Komandaların qruplar üzrə turnir vəziyyəti:
А qrupunda:
Коmanda | O | Q | M | T/F | X |
Sabah | 4 | 4 | 0 | +85 | 8 |
Naxçıvan | 4 | 4 | 0 | +27 | 8 |
Аbderon | 4 | 1 | 3 | -23 | 5 |
NТД | 4 | 1 | 3 | -28 | 5 |
Sərhədçi | 3 | 1 | 2 | -35 | 4 |
Neftci | 3 | 0 | 3 | -26 | 3 |
B qrupunda:
Коmanda | O | Q | M | T/F | X |
Оrdu | 4 | 3 | 1 | +59 | 7 |
Gəncə | 3 | 3 | 0 | +64 | 6 |
Lənkəran | 4 | 2 | 2 | -33 | 6 |
Şəki | 3 | 2 | 1 | +27 | 5 |
Quba | 4 | 1 | 3 | -26 | 5 |
Sumqayıt | 4 | 0 | 4 | -91 | 4 |
INTIQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.