Kibercinayətkarlara qarşı genişmiqyaslı əməliyyat: 5 mindən çox insan saxlanıldı
40 ölkənin hüquq-mühafizə orqanlarının iştirak etdiyi genişmiqyaslı İnterpol əməliyyatı kibercinayətkarlıqda şübhəli bilinən rekord sayda - 5,5 min nəfərin həbsinə səbəb olub.
İyuldan noyabr ayına qədər davam edən əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları müxtəlif valyutalarda oğurlanmış 400 milyon dollardan çox vəsaiti və virtual aktivləri də ələ keçirə biliblər.
Vurğulanır ki, əməliyyat nəticəsində Koreya Respublikasının hakimiyyət orqanları Çinin hüquq-mühafizə orqanları ilə birlikdə cinayətkar sindikatın üstünü açmağa müvəffəq olub, onların əməlləri nəticəsində 1,9 mindən çox insan yaralanıb, ümumilikdə isə təxminən 1,1 milyard dollar oğurlanıb. Cinayətkar qrupun ən azı 27 üzvü saxlanılıb, onlardan 19-u sonradan ittiham olunub.
“Kibercinayətkarlığın təsiri dağıdıcı ola bilər – insanlar əmanətlərini itirir, bizneslər fəaliyyətini davam etdirə bilmir, rəqəmsal və maliyyə sistemlərinə inam sarsılır”, – İnterpolun baş katibi Valdez Urquiza bildirib. Onun sözlərinə görə, kibercinayətkarlığın transsərhəd xarakteri beynəlxalq hüquq-mühafizə əməkdaşlığının vacibliyini vurğulayır.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.