Voleybolçu oğlanlardan ibarət U-16 millimiz EEBZA çempionatına yollanıb
Azərbaycanın 16 yaşadək voleybolçu oğlanlardan ibarət milli komandası Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcək.
Qeyd edək ki sözügedən yarış 27-30 noyabr günlərində Estoniyada keçiriləcək. Yarışda ev sahibi ilə yanaşı, Azərbaycan, Latviya, Gürcüstan, Ukrayna və Polşa yığma komandaları mübarizə aparacaq. B qrupunda yer alan millimizin rəqibləri Latviya və Estoniya kollektivi olacaq.
Qeyd edək ki, yarış “AVRO-2025”ə seçmə xarakteri daşıyır. Reqlamentə əsasən, çempion adını qazanan komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə qazanacaq.
Yığmamızın iştirakı ilə keçiriləcək oyunların təqvimi belədir:
27 noyabr. Azərbaycan - Estoniya (saat 17:30) ;
29 noyabr. Azərbaycan -Lstviya (saat 17:30)
Yeri gəlmişkən gənc oğlanlardan ibarət milli komandamız EEVZA çempionatına aşağıdakı 14 nəfərlik heyətlə qatılacaq: Elvin Qədirli, Elvin Abdullayev, Metin Əlibəyli, Özcan Məhərrəmov, Elibz Novruzlu, Onur Xəlilov, Seymur Əliyev, İmran Hüseynzadə, Sinan Quliyev, Ramin Məmmədov, Baba Əzizli, Daniil Belov, Amir Yaəubi və Elvin Vəliyev.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.