Bəhruz Niftəliyev:
Susuram…
Susmağım asan gəlməsin sənə
Ümidim üzüləndə,
Üzü sənə gələndə,
Susuram!
Dava etməkdən,
Dua etməkdən
Yorulanda susuram.
Əda deyil,
Adi deyil,
Nidadır susmağım!
Yıxılanda sezirəm
İnsanlar…
necə də “uca”dı susmağım,
Ən çox danışmağa ehtiyac duyanda
necə də acıdı susmağım!
Görəsən dərd edirsən məni özünə?
Görəsən dərk edirsən yaratdığını?
Necə yarıyolda qaldığımı?
Nəfəsi də borca aldğımı məsələn….
Sən dəmi susursan?
Sən dəmi düşünürsən?
Düşüncəndən üşüyürsənmi, sən dəmi?
Ən diblərə, dərinlərə düşürsənmi, sən dəmi?
Sığalım ləpə, saçların dəniz,
Qucağımda dalğalar…
Sən dəmi boğulursan tərtəmiz duyğuların içində?
İncimə küsürəm səndən,
İndicə barışmışdım halbuki!
Susuram…
24.11.24
23:26
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.