Firuz Mustafa:
TƏK və TƏKCƏ
Təklikdə yaşayan hər bir adam etdiyi bütün hərəkətlərə görə özünü həmişə haqlıdır; məsələn, Robinzon Kruzo kimi. İnsanın heç də həmişə haqlı olmadığı onun yanında ikinci bir adaman zühur etməsindən sonra başlayır; məsələn, Cümə kimi.
* Təkcə həqiqətə dеyil, yаlаnа dа göz yumur.
* Təkcə insаnın yох, еlə itin də nəvаzişə еhtiyаcı vаr. Bunu it dərk еdir, bəs sən necə?..
* Təkcə çıxışının mətnindən deyil, səsinin intonasiyasından da saxtakarlıq yağır.
* Təkcə adamın yox, gərək sözün də paltarı olsun...
* Təkcə dostluğu yox, düşmənçiliyi də saxtadır.
* Təkcə аğlı qısа оlаnlаrа yох, dili uzun оlаnlаrа dа dəli dеyirlər.
* Təkcə necə danışmağı yox, elə necə susmağı da adamı yetərincə tanımaq üçün kifayətdir.
* Təkcə əsərlərinin adından yazıçının səviyyəsini müəyyən etmək olar. Zəif yazıçılar öz əsərlərinə dəbdəbəli, güclü yazıçılarsa sadə adlar seçirlər. Ən yaxşısı isə adsız əsərlərdir.
p.s.
Mənim teatrlarda ən çox oynanılan pyeslərimdən birinin adı “Adsız”dır. Bu əsər bir çox teatrlarda oynalıb.
F.M.
"Buz üstə yazılmış sətirlər" kitabından
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.