Novak Cokoviçi "Australian Open"ə Endi Marrey hazırlaşdıracaq
Vaxtı ilə rəqib olanlar indi eyni komanda üçün çalışacaqlar
ATR-ın kişi tennisçilər arasında keçirdiyi ilin yekun turnirindən sonra raketka ustaları qısa müddətli istirahətdən sonra qarşıdan gələn yeni ilin təqviminə uyğun hazırlıq planıları tərtib ediblər. Qeyd edək ki, ötən mövsümü reytinq cədvəlində 7-ci pillədə başa vuran serbiyalı raketka ustası Novak Cokoviç də belə bir hazırılq planını hazırlayıb. Ən maraqlısı odur ki, Cokoviç təlim-məşq toplanışını uzun illər kortda onun əsas rəqiblərdən biri olan və ikiqat Olimpiya çempionu adını daşıyan britaniyalı Endi Marreyin rəhbərliyi altında davam etdirəcək. Xatırladaq ki, 37 yaşlı Marrey Paris-2024-dən sonra idmançı karyerasına son qoyub. "Sport Ekspress"in yaydığı məlumata görə, Marrey mövsümlərarası fasilə zamanı Novak Cokoviçlə birgə çalışmaq qərarına gəlib. O, Cokovicin 2025-ci il mövsümünün ilk Böyük Dəbilqəsi olan "Australian Open-2025"ə hazırlaşmasına kömək edəcək.
"Mən çox şadam ki, uzun illər kortlarda mənim əsas rəqibim olan Endi Marrey indi məşqçi qismində mənimlə bir komandada işləyəcək. Odur ki, mən 2025-ci il mövsümünün Avstraliyada keçiriləcək ilk yarışının başlanma vaxtını səbirsizliklə gözləyirəm. Biz Endi ilə Avstraliyaya eyni bir komandanın üzvü kimi gedəcəyik" - Novak Çokoviç belə deyib.
"Belə bir şansım olduğu üçün çox sadam. Mən də öz növbəmdə Cokoviçin öz məqsədinə çata bilməsi üçün əlimdən gələni edəcəm" - Endi Marrey deyib.
Xatırladaq ki, uzun müddət ATR-nın reytinq cədvəlinə vahid liderlik edərək dünyanın bir nömrəli tennisçisi hesab edilən 37 yaşlı Cokoviç 100-dən çox ATR turnirini, 24 dəfə Böyük Dəbilqəni və Olimpiada-2024-ü udub. O, hazırda planetin bir nömrəli raketka ustası olmasa da, dünyanın ən titullu tennisçisidir.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.