Yeniyetmə cüdoçularımız AK-da 8 medalla ikinci olublar
23-24 noyabr günlərində Salonikidə (Yunanıstan) yeniyetmə cüdoçular arasında keçirilən Avropa Kuboku Azərbaycan komandası üçün uğurlu olub. Belə ki, ikigünlük yarışa 8 çəki dərəcəsində 20 cüdoçu ilə qatılan yığmamız ikisi qızıl, biri gümüş və beşi bürünc əyarlı olmaqla 8 medal qazanıb. Bu nəticə Azərbaycana komanda hesabında ikinci, oğlanların yarısında isə birinci olmağa imkan verib. Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, qızılları bütün görüşlərini qələbə ilə başa vuran Zeyd Ələsgərov (60 kq) və ən ağırımız olan Səbuhi Axundov (+90 kq) qazanıb. Yeganə gümüş yalnız həlledici finalda büdrəyən Fəxri Sahibzadənin (66 kq) aktivinə yazılıb. Bürünc medalları isə turnirdə üçüncü yeri tutan Anar Quliyev (50 kq), Rüstəm Qasımzadə (55 kq), Səid Şərifov (73 kq), Amin Mehdiyev (81 kq) və Tunar Fərzəliyev (+90 kq) qazanıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.