Azərbaycan millisi Evdə İsveçrəyə məğlub olub
Millinin üzvü Zaur Paşayev yığmada karyerasını bitirib
Ötən həftəsonu kişi basketol yiqmalari arasında FİBA bayraqı altında DC-2027-nin ilkin təsnifat mərhələsinin qrup oyunları çərçivəsində sayca dördüncü olan daha bir turun qarşılaşmaları keçirilib. Turnirin A qrupunda yer alan və baş məşqçisi Tahir Baxşıyev olan Azərbaycan millisi həmin gün doğma divarlar arasında İsveçrə komandasını qəbul edib. Bakı İdman Sarayında baş tutan oyun qonaq komandanın 30 xal fərqli qələbəsi ilə bitib - 55:85 (20:15, 15:22, 8:24, 12:24). Qeyd edək ki, Azərbaycan millisi oyuna çox yaxşı başlayıb. Matçın ilk 3 dəqiqəsində daha fəal olan Tahir Baxşıyevin yetirmələri bir neçə dəqiq atışlarla hesabda irəli çıxıb - 11:0. Lakin bundan sonra qonaqlar fəallaşıb və hesab arasındakı fərqi azalda biliblər. Bununla belə ilk hissə Azərbaycan komandasınin 20:15 hesablı üstünlüyü ilə bitib. Di gəl ki, bundan sonra yiqmamiz oyun tempini itirib və qonaq komanda təşəbbüsü ələ alıb. Meydanda daha çevik oynayan və dəqiq atışları ilə açıq-aşkar fərqlənən qonaqlar qalan üç hissəni üstün durumda keçiriblər.
Azərbaycan yığmasının məqlubiyyəti ilə bitən bu oyunun diqqətçəkən məqamlardan biri də millimizin veteranı, uzun illər komandamızın şərəfini qoruyan Zaur Paşayevin yiqma ilə vidalaşmasi olub. Hazırda ABL-da mübarizə aparan "Quba" klubunda forma geyinən Zaur Paşayev millidə son matçını keçirdiyini elan edib.
Yeri gəlmişkən, Azərbaycan millisi bu çərçivədən olan digər oyunlarını 2025-ci ilin fevral ayında keçirəcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.