Məmməd Əvəzoğlu:
Səninçün daha bir ömür istərəm
Səninçün daha bir ömür istərəm,
Seçib ayırasan yaxşını, pisdən.
Bəlkə ürəyinə qovuşa kərəm,
Ayıra biləsən mərdi xəbisdən.
Səninçün daha bir ömür istərəm,
Çözməyi biləsən təmizi qəlpdən.
Didir ürəyimi acımasız qəm,
Məni çıxarmısan o soyuq qəlbdən.
Səninçün daha bir ömür istərəm,
Sən çoxdan olmusan dünya hərisi.
Ayağın altına düşən bir zərəm,
Orda olmayacaq mənim kimisi.
Səninçün daha bir ömür istərəm,
Lalə yanaqların heç vaxt solmaya.
Məni ki qoymadın o gülü dərəm,
Sevəsən, sevməyə adam olmaya.
Məmməd Əvəzoğlu.21.11.2024.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.