Kriştianu Ronaldonu hansı futbolçular əsəbiləşdirir?
“Əl-Nasr”ın və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo Portuqaliya millisində oynamaqdan imtina edən futbolçulardan əsəbiləşdiyini bildirib.
“Portuqaliya yığmasında oynamaq istəməyən bəzi futbolçulardan əsəbiləşirəm. Milli komandada oynamaqdan həzz alın, vaxt uçur! Ölkənizi və mədəniyyətinizi təmsil etməkdən gözəl heç nə yoxdur”, – Ronaldo bildirib.
Milli komandanın tərkibində Ronaldo Avropa Çempionatının və UEFA Millətlər Liqasının qalibi olub. Portuqaliyada o, dörd dəfə ilin futbolçusu seçilib və o, həm də Portuqaliya millisinin və bütün milli komandaların tarixinin bombardiridir (130 qol).
Bu mövsüm Kriştianu Ronaldo "Əl-Nassr"ın heyətində bütün yarışlarda 15 matçda iştirak edib, on qol vurub və üç məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.