Anar Yusifoğlu:
Anar Yusifoğlu: «Ənənə» olmazsa, «yeni»lər köksüz ağac təsiri bağışlamazmı?..
Reshad Mecid, o 525-dən biri mənəm! Təbrik edir, uğurlar arzulayıram. İllər əvvəlki fikrimdəyəm:
Qəzetçiliyə «birdən» başlamışam, amma «birdən-birə» yox, birdən «525»-ə.
Təkcə buna görə «525»-in, - qəribəliyə adından başlayan, sıra sayını ilk dəfə ada çevirən və bütün riyazi məntiqin əleyhinə olaraq, 525-in yerini «birincilər» sırasına çəkib gətirən bu qəzetin doğum tarixinin yaddaşıma yazıldığını desəm, yalan olar. «525» həm də ona görə yaddaşdadır ki, o, Azadlıq meydanının 3-cü ildönümündə, 17 noyabrda oxucuların görüşünə gəlmişdi.
Bu yaranışın adı kimi günü də sehrliydi və düz 30 ildir ki, bu sehr özünü göstərməkdədir.
Zaman dəyişir, dövrün tələbləri hazırda başqa cürdür: dünən əllərdən düşməyən qəzetlərə bu gün əllərin uzanmaması normaldır, çünki əllər artıq virtual dünyanın qapılarını açır: «525» əllərdəki mövqeyini uduzsa da, dillərdə və düşüncələrdəki yerini ildən-ilə bərkitməklə məşğuldur.
Yalnız «525»-dir ki, sözdə heç vaxt səhv eləmir, necə varsa, elə yazır: sözün düzünü, ifadənin doğrusunu, cümlənin nizamlısını…
Bu gün mədəniyyətin, ədəbiyyatın, incəsənətin ağır yükünü «525» çəkir – «köhnə» mediada, ənənəni yaşatmaqda inadla davam edir.
Günbəgün artan yeni texnoloji imkanlar bizi ənənəvi mediadan uzaqlaşdırsa da, gözümüzü açdığımız, səhifəsini sığallaya-sığallaya çevirdiyimiz çap mediasından ayrılmağımız çox çətindir. Ən azı ona görə ki, ənənəvi medianın xəbəri gün ərzində yerindən «qaçmır», tarix kimi daşlaşıb qalır.
Çap mediasının simvolu kimi «525» sanki unudulmaz «dünəni» hər gün xatırladan bugündür. «Çap»ın imkanları da elədir – dünən «yeni mediadan» gördüyümüz «ümumi» xəbərlər bu gün səhifələrdə tarixləşir.
Kim öz tarixindən imtina edər? «Ənənə» olmazsa, «yeni»lər köksüz ağac təsiri bağışlamazmı?..
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.