Türk dövlətlərinin ortaq himni yaradılacaq
Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin ümumi himni yaradılacaq.
Türkiyə mətbuatının məlumatına görə, bunu layihənin rəhbərlərindən biri, professor Erhan Özden deyib.
O qeyd edib ki, himn yaxın vaxtlarda hazır ola bilər.
“Bəstəkar iştirakçı ölkələrin ümumi rəyi əsasında seçiləcək. Mahnının sözləri hər kəsə aydın olacaq”, - deyə Erhan Özden əlavə edib.
Onun sözlərinə görə, yürüşdə türk xalqının xüsusiyyətləri xarakterik söz və musiqi ilə ifadə olunacaq.
Layihə rəhbəri yaxın illərdə türk xalqlarının ortaq lüğətinin yaradılacağına da söz verib.
Xatırladaq ki, əvvəllər türk dövlətlərinin ortaq əlifbası yaradılmışdı.
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatına Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir. Macarıstan, Şimali Kipr və Türkmənistan təşkilatda müşahidəçi qismində təmsil olunur.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.