Şahmatçıların Avropa çempionatı davam edir
Rauf Məmmədov 6-cı pilləyə yüksəlib
Montoneqronun Petrovatse şəhərində kişi və qadın şahmatçılar arasında keçirilən və Azərbaycan şahmatçılarının da (22 nəfər) iştirak etdiyi fərdi Avropa çempionatı davam edir. Qeyd edək ki, mükafat fondu 100 min avro təşkil edən və İsveçrə sistemi üzrə keçirilməklə 11 turdan ibarət olan çempionatda 8-ci turun oyunlarına yekun vurulub. Azərbaycan şahmatçılarından Vasif Durarbəyli, Eltac Səfərli, Vüqar Əsədli, Vüqar Manafov, Xaqan Əhməd və Məhəmməd Muradlı hesabat turunu qələbə ilə bitirib. Təəssüüflər olsun ki, şahmatçılarımız arasında ən yaxşı mövqeyə malik olan Rauf Məmmədov 8-ci turda xal bölgüsü ilə üzləşib. Bununla belə aktivindəki xalların sayını 6-ya çatdıran Məmmədov yarış cədvəlində 3 pillə irəliləməklə 6-cı yerə yüksəlib. Turu qələbə ilə bitirən və onunla eyni xal ehtiyatına malik olan Eltac Səfərli və Vasif Durarbəyli isə müvafiq olaraq cədvəldə 18 və 20-ci pillədə yer alıb.
Çempionatın başa çatmasına 3 tur qalmış yarış cədvəlinə 7 xalla Aleksandr İnciç (Serbiya) liderlik edir.
Xatırladaq ki, 388 şahmatçının mübarizə apardığı çempionata noyavrın 19-da 11-ci turla yekun vurulacaq və qalib 20 min avro mükafat qazanacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.