Azərbaycanın cüdo üzrə U-23 komandası AÇ-da üçüncü olub
Noyabrın 15-də Polşada 23 yaşlılar arasında cüdo üzrə startı verilən Avropa çempionatında noyabrın 16-da şəxsi yarışlara yekun vurulub. Çempionatın ilk günü tatamiyə çıxan 9 cudocumuzdan dördü (2-1-1), ikinci gün isə mübarizəyə qatılan 6 cüdoçumuzdan biri (0-0-1) inamla güləşərək mükafatçıar sırasında yer alıb. Bununla da Azərbaycan yığması qazandığı 5 (2-1-2) medalla komanda hesabında Gürcüstan (3-1-1) və Hollandiyadan (2-2-1) sonra komanda hesabında üçüncü yeri tutub.
Azərbaycan yığmasının aktivinə yazılan medallara gəlincə, Hüseyn Allahyarov (60 kq) və Fidan Əlizadə (57 kq) qızıl, Aydan Vəliyeva (52 kq) gümüş, Ömər Rəcəbli (81 kq) ilə Rüfət Şovlatov (73 kq) isə bürünc medal qazanıb.
Noyabrın 17-də çempionatda komanda yarışı keçiriləcək. 11 komandanın mübarizə aparacağı bu yarışın 1/4 finalında Azərbaycan Polşa ilə üzləşəcək. Cütün qalibi isə yarımfinalda Almaniya millisiylə qarşılaşacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.