Rauf Məmmədov 5,5 xalla AÇ-da 2-14-cü yerləri bölüşür
Montoneqronun Budve şəhərindəki "Hotel Palas"da kişi və qadın şahmatçılar arasında keçirilən və Azərbaycan təmsilçilərinin (22 nəfər) də iştirak etdiyi fərdi Avropa çempionatı davam edir. Mükafat fondu 100 min avro təşkil edən və İsveçrə sistemi üzrə keçirilməklə 11 turdan ibarət olan çempionatda 7-ci tura yekun vurulub. Hesabat turunda sahmatçılarmızdan 10-u turu qələbə ilə, 7-si heç-heçə, qalanı isə məğlubiyyətlə bitirib. Qaliblər sırasında Rauf Məmmədov, Eltac Səfərli, Vasif Durarbəyli, Vüqar Rəsulov, Gövhər Beydullayeva, Riyad Səmədov, Şahin Vəliyev, Xaqan Əhmədov, Vüqar Manafov və Orxan Abdulov yer alıb. Misrətdin İsgəndərov, Xəzər Babazadə, Məhəmmədə Muradlı, Şirinoqlan Talıbov, Aydın Süleymanlı, Vüqar Əsədli və Ümid Əsədli rəqiblə xal bölüb. Qalan təmsilçilərimiz isə məğlubiyyətlə üzləşib.
7 turdan sonra şahmatcilarimiz arasında ən yaxşısı göstərici yenə də Rauf Məmmədova məxsusdur. O, 5,5 xalla turnir cədvəlində 2-14-cu yerləri bölüşür. Əmsallar cədvəlinə görə isə 5-ci yerdədir. Turu 0,5 xalla bitirən Misrətdin İsgəndərov 5 xalla 22-ci, eyni xal ehtiyatına malik olan Eltac Səfərli 36-ci, Vasif Durarbəyli isə 42-ci yerdədir. Hərəyə 4,5 xalı olan Xəzər Babazadə 52-ci, Riyad Səmədov 56-ci, Şirinoqlan Talıbov 58-ci, Məhəmməd Muradlı 66-ci, Aydın Süleymanlı 71-ci, Vüqar Rəsulov 82-ci, Gövhər Beydullayeva isə 98-ci pillədə qərarlaşıb. Qalan təmsilçilərimiz cədvəldə Top-100-dən aşağıdadır.
Çempionatda 8-ci turun oyunları keçirilib.
Bir məqamı da qeyd edək ki, çempionatın qalibi 20 min avro mükafat qazanmış olacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.