Leyla Əliyeva Çin Pavilyonunda keçirilən panel müzakirəsində iştirak edib
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva “İqlim dəyişikliyi və yaşıl inkişaf üzrə Cənub-Cənub əməkdaşlığı: hallar və təcrübələr” adlı panel müzakirəsində iştirak edib.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində təşkil olunan tədbirin açılışında çıxış edən Leyla Əliyeva Qlobal Cənub ölkələri arasında əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Sonra Leyla Əliyeva IDEA İctimai Birliyinin ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın təmin edilməsi, iqlim dəyişikliyi ilə mübarizə sahəsində həyata keçirdiyi işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva ağacəkmə və çirklənmiş ərazilərin təmizlənməsi, canlı aləmin bərpası və mühafizəsi istiqamətində həyata keçirilən kampaniyaların, eləcə də bir sıra digər layihə və tədbirlərin nəticələrinə toxunub.
Sonda Leyla Əliyeva iqlim dəyişikliyi ilə mübarizədə və yaşıl inkişaf naminə qlobal həmrəylik və əməkdaşlığın rolunu xüsusi vurğuladı.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.