"Sabah" səfərdə qalib gəlsə də ...
Dünən axşam saatlarında kişi basketol klublarının mubarizə apardığı Avropa Kubokunun əsas qrup mərhələsində sayca 6-ci olan son turun oyunları keçirilib. Turnirin G qrupunda yer alan Azərbaycan çempionu "Sabah" klubu son matçını İsveçdə yerli "Norrcepinq Dolfins"ə qarşı keçirib. Maraqlıdır ki, ilk turda bu kluba qarşı evdə keçirdiyi oyunda məğlub (70:74) olan çempionumuz səfərdə rəqibini üstələməyi bacarıb - 75:83 (22:21, 14:17, 19:22, 20:23).
Təəssüflər olsun ki, "Sabah" səfərdə keçirdiyi son turda qalib gəlsə də, yekun turnir cədvəlində sonuncu pillədən canını qurtara bilməyib. Çünki bundan əvvəl qrupda keçirdiyi 5 oyunun hamısında məğlub olub. Xatırladaq ki, qrupda "Marussi" (Yunanıstan) klubuna evdə 70:82, səfərdə isə 71:82 hesabla uduzan "Sabah" Belçikanın "Spiru" klubuna müvafiq olaraq ev və səfərdə 81:82 və 68:78 hesabla məğlub olub.
G qrupunda yekun turnir cədvəli belədir:
1. Spiru 6 5 1 +23 11
2. Murssi 6 4 2 +46 10
3. Norrcepinq 6 2 4 -39 8
4. Sabah 6 1 5 -30 7
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.