Avropanın məşhur futbol klubları Bakıda bəyannamə imzalayacaq
Məlum olduğu kimi, Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasında “Qarabağ” futbol klubu iqlim dəyişikliyi ilə mübarizədə futbol klublarının birgə alyansının yaradılması təşəbbüsü ilə çıxış edib. Bu, COP29 və Birləşmiş Millətlər Təşkilatının İdman və İqlim Dəyişikliyi Departamenti (UNFCCC) tərəfindən dəstəklənib.
Bu sözləri “Qarabağ”ın İdarə Heyətinin üzvü Asif Əsgərov Ağdam təmsilçisinin iqlim dəyişikliyinə qarşı mübarizədə futbol klublarının birgə alyansı yaratmaq təşəbbüsündən danışarkən deyib. O bildirib ki, “Qarabağ” bu tədbiri Avropa Klublar Assosiasiyası (ECA) ilə birgə təşkil edir.
“Avropanın məşhur klubları dəvətimizi müsbət qarşıladı. Deyə bilərəm ki, biz əsasən Avropada iqlim dəyişikliyi ilə bağlı çox iş görən klublara üstünlük verdik. Təxminən 10-12 nümayəndə paytaxtımıza səfər edəcək, müzakirələr aparacaq. Ümid edirəm ki, zaman keçdikcə biz bəyannamə imzalaya biləcəyik. Növbəti məqsəd klubların sayını və öhdəlikləri artırmaq olacaq”, - deyə A.Əsgərov bildirib.
Qeyd edək ki, futbol klublarının iqlim dəyişikliyinə qarşı mübarizədə birgə ittifaq yaratmaq təşəbbüsü ilə bağlı tədbir noyabrın 16-da saat 14:00-da “Mavi Zona”nın Nəsimi zalında baş tutacaq.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.