Cüdoçularımız 23 yaşlıların AÇ-na qatılacaqlar
15-17 noyabr günlərində Polşanın Pila şəhərində 23 yaşa qədər cüdoçular arasında Avropa çempionatı keçiriləcək. Üç gün davam edəcək çempionatda Azərbaycan təmsilçiləri də mübarizə aparacaqlar. Təmsilçilərimiz həm qadınların, həm də kişilərin yarışında özlərini sınayacaqlar.
Çempionatın reqlamentinə görə, idmançılar 15-16 noyabrda fərdi, noyabrın 17-də isə komanda yarışlarında iştirak edəcəklər.
Azərbaycan yığmasına böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçi Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və məşqçi İmamverdi Məmmədov rəhbərlik edəcək. Artıq Polşaya gedəcək heyət də müəyyənləşib:
Qadınlar: Fəridə Mirzəyeva (48 kq), Xədicə Qadaşova, Aydan Vəliyeva (52 kq), Fidan Əlizadə (57 kq), Aytac Qardaşxanlı (63 kq) və Nərmin Əmirli (78 kq;)
Kişilər: Hüseyn Allahyarov, Murad Muradlı (hər ikisi 66 kq), Rüfət Şövlətov, Əbil Yusubov (hər ikisi 73 kq), Məhərrəm İmamverdiyev, Ömər Rəcəbli (hər ikisi 81 kq), Aslan Kotsoyev (90 kq), Əjdər Bağırov (100 kq) və Kənan Nəsibov (+100 kq).
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.