Əminə Ərdoğan Mehriban Əliyeva ilə görüşündən paylaşım etdi
Türkiyənin birinci xanımı Əminə Ərdoğan Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Bakıda keçirilən COP29 iqlim konfransında iştirak edən bir sıra ölkələrin liderlərinin xanımları ilə görüşünə dair paylaşım edib.
Paylaşım Əminə Ərdoğanın X sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.
“Daha yaxşı dünyanın əsas qarantımız olan gənclərin iqlim dəyişikliyi ilə mübarizə sahəsində layihələr haqqında təqdimatlarını eşitdik. Mən də sıfır tullantı layihəsi üzərində işləmək haqqında məlumat paylaşdım.
Qlobal sıfır tullantı hərəkatı bizə dünyanı gələcək nəsillər üçün qorumaq məsuliyyətimizi xatırladan güclü çağırışdır. Bu çağırışı dəstəkləyən, Qlobal Sıfır Tullantı Bəyannaməsini imzalayan və ZeroWaste ailəsinə qoşulan hər kəsə səmimi təşəkkürümü bildirirəm.
Ümid edirəm ki, gənclərin rəhbərliyi ilə biz təmiz və dayanıqlı gələcəyə doğru irəliləyə bilərik”, - paylaşımda deyilir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.