AÇ-da 22 şahmatçıdan 6 qələbə və 9 heç-heçə
Rauf Məmmədov 388 şahmatçı arasında 5-cidir
Montoneqronun Petrovatse şəhərində kişi və qadın şahmatçılar arasında keçirilən və Azərbaycanın 22 şahmatçısının iştirak etdiyi şəxsi Avropa çempionatı davam edir. İsveçrə sistemi üzrə keçirilməklə 11 turdan ibarət olan çempionatda sayca 4-cü olan tura yekun vurulub. Hesabat turunda Azərbaycan şahmatçılarından 6-sı qələbə qazandığı halda 9-u rəqiblə xal bölüb, 7-si isə məğlubiyyətlə üzləşib. Qalb gələnlər arasında Rauf Məmmədov, Məhəmməd Muradlı, Misrətdin İsgəndərov, Əhməd Xaqan və Ayan Allahverdiyeva yer alıb. Qeyd edək ki, bu qələbə sayəsində Rauf Məmmədov aktivindək xalların sayını 3,5-ə çatdırmaqla turnir cədvəlində 5-ci pilləyə qalxıb. Onunla eyni xal ehtiyatına malik olan şahmatçımız Məhəmməd Muradlı isə 11-cidir.
Geridə qalan 4 turdan sonra hərəyə 3 xal toplayan Vüqar Əsədli, Əhməd Əhmədzadə, Eltac Səfərli və Misrətdin İsgəndərov isə müvafiq ardıcıllıqla 34, 46, 50 və 54-cü yerləri tuturlar.
Aktivlərində 2,5 xalı olan Aydın Süleymanlı, Xəzər Babazadə, Riyad Səmədov, Şiroğlan Talıbov, Orxan Abdulov, Vasif Durarbəyli və Xaqan Əhməd müfafiq olaraq, 84, 91, 101, 113, 118, 129, 160-cı yeri tutur. Vüqar Rəsulov, Vüqar Manafov, Allahverdi Həmidov, Şahin Vəliyev və Aydan Allahverdiyeva isə hərəyə 2 xalla 168, 177, 189, 231 və 240-cı pillədə qərarlaşıb. Hərəyə 1,5 xal toplayan Elcan Abdulkərimovla Gövhər Beydullayeva isə turnir cədvəlində 253 və 262-ci yerdədir. Ümid Aslanov 1 xalla 320-ci, Orxan Bağırovsa 0,5 xalla 370-ci yeri tutur. Çempionatda 388 zəka sahibi mübarizə aparır. Mükafat fondu 100 min avro təşkil edən çempionatn qalibi 20 min avroya sahib çıxacaq. Çempionatda 388 zəka sahibi mübarizə aparır.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.