Prezidentin köməkçisi: Azərbaycanda qanunun aliliyi, media azadlığı tam təmin olunub
Azərbaycanda qanunun aliliyi və media azadlığı tam təmin olunub.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev COP29-da jurnalistlərə deyib.
Onun sözlərinə görə, tədbirdə Azərbaycandan 200-dən çox jurnalist, o cümlədən ölkədə qanunsuz fəaliyyətlə məşğul olan “Azadlıq” radiosunun nümayəndələri iştirak edir.
“Bu o deməkdir ki, Azərbaycanda qanunun aliliyi və media azadlığı tam təmin olunub”, - deyə X.Hacıyev bildirib.
O qeyd edib ki, “Azadlıq” radiosunun əməkdaşlarının jurnalist fəaliyyətinə görə təqib edilməsi halları yoxdur, söhbət media ilə bağlı olmayan proseslərdən gedir.
“Jurnalist statusu sizə qanunu pozmaq hüququnu vermir. Burada söhbət külli miqdarda pulun qanunsuz dövriyyəsindən gedir ki, bu da Azərbaycan qanunlarının pozulmasıdır. Təəssüflər olsun ki, özünü media qurumu hesab edən bəzi resurslar, o cümlədən “Azadlıq” radiosu populizmlə məşğul olur, təbliğat aparır”, - deyə prezidentin köməkçisi bildirib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.