Hümbət Quliyev:
Kritik situasiyada ortaya çıxan qabiliyyətlər haqqında
Hər bir insanın fövqəl qabiliyyətləri var, amma o qabiliyyətlər adi halda, sakit həyat axarında üzə çıxmır. Kritik situasiyalarda insanın qeyri-adi bacarıqlarının qəfil ortaya çıxması haqda minlərlə misallar var.
Özüm yaşadığım bir hadisəni yazıram. Tibb institutunu yeni qurtarmış birisiyəm və ilk gecə növbəmdə böyrək nahiyəsində kəskin ağrıları olan bir xəstə gətirdilər. Tərslikdən böyrək həkimi təcili harasa getmişdi və mən xəstə ilə tibb bacısını saymasaq, təkbətək qaldım. Əslində tibb bacısını saymamalıyam, çünki onun da ilk işə çıxdığı gün idi və iş təcrübəsi sıfırdan bəlkə də, bir az yuxarı olardı.
Bir haşiyyəyə çıxım; İnstitutda yarım il böyrək xəstəliklərini öyrənirsən, 600 səhifəlik kitabdan iki zaçot və bir imtahan verirsən. Mən də zaçotları uğurla vermişəm və imtahandan da əla qiymət almışam.
Xəstə ilə təkbətək qalanda, onun ağrıdan olan zarıltısı beynimdən böyrək haqda bildiklərimi anında çıxartdı.
Xoşbəxtlikdən həkim otağında həmin 600 səhifəlik, guya əzbər bildiyim kitab da var idi. İndi yaranmış vəziyyət haqda: Xəstəyə vurduğumuz ağrıkəsicilər təsir eləmir o çarpayıda qıvrılır, zarıldayır, arada qışqırır. Tibb bacısı özünü itirib, mənimlə xəstə arasında vurnuxur və arada baxışlarımı tutmaq istəyir ki, ona da ürək- dirək verim. Bəraət üçün deyim ki, ağrılar böyrək nahiyəsində olsa da, səbəb digər orqanların da problemlərindən də ola bilirdi. Həkim dili ilə desəm differensial araşdirma aparıb yüzlərlə ola bilən diaqnozlar arasında tək düzgün olan diaqnozu və müalicəni tapmalı idim.
O kritik situasiyada mən 600 səhifəlik kitabı qoydum qabağıma və…, məlum oldu ki, mənim sürətlə kitab oxumaq bacarığım var imiş. Təəccübümün içində mən səhifələri tez- tez çevirə- çevirə mətnin mənasını tam anlayırdım. Mən 600 səhifəlik kitabı uzağı 5-6 dəqiqəyə oxuyub qurtardım və xəstəyə düzgün diaqnoz qoyub, müalicənin alqoritmini dəqiq qurdum.
Sonralar mən çox cəhdlər etdim, amma daha heç vaxt o sürətlə oxuya bilmədim…
Olmuşdan mən də nəticətə çıxardıram ki, kritik situasiyalarda əvvəl heç güman etmədiyimiz qabiliyyətlərimiz ortaya çıxa bilir.
İçimizdə nələrin olduğu yəqin ki, yalnız Yaradana ağahdır.
Hümbət Həsənoğlu
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.