Yadigar Cəfərli:
“Əsrimizin Siyavuşu”nun bütün böyümüş övladlarına!
Bu şeir Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova və onun şəxsində canları-qanları ilə dövlətimizin müstəqilliyini, ərazi bütovlüyünü, suverenliyini bərpa etmiş şəhidlərimizə, qazilərimizə ithaf olunur.
Bir də üçrəngli bayrağımızı Cümhuriyyət qurucularımızın müqəddəs əmanəti kimi illərlə çiyinlərində daşıyaraq bugünkü ucalığına qədər yüksəltmiş hər kəsə…
“Əsrimizin Siyavuşu”nun bütün böyümüş övladlarına!
Bayraq Günümüz mübarək!
Sən taleyimin lütfü, yerin başımız üstə…
Ucalmadasan göylərə Haqqın Zəfəriylə!
Bürün Günəşin nuruna, mehdən qanad istə,
Köksündəki ulduzla hilalın şəfəqiylə…
Səslə dan üzün, qov gecəni, zülməti, bayraq!
Ey qalib, azad dövlətimin qüdrəti bayraq!
***
Düz səmtə yönəltsin bizi üstündəki üç rəng...
Aydınlığa doğru aparan yol geri dönməz,
Yoxdan var edən hər nə ki var, burda həmahəng,
Yüksəldisə o, bircə kərə, bir daha enməz!
Yetir gələcək nəslə də bu hikməti, bayraq!
Ey qalib, azad dövlətimin qüdrəti bayraq
***
Var ol ki, Vətən mülkünü məsud edə sevgin!
Soldurmaz o gül çöhrəni sərt rüzgar ilə qış…
Haləndə qərar tutmuş uca ruhlara təzim!
Kölgəndə dəmir yumruq olan əllərə alqış!
Eşqinlə qoru bu əbədi vəhdəti, bayraq!
Yurdun şəhid övladlarının qeyrəti bayraq!
Ey, qalib, azad, dövlətimin qüdrəti bayraq!
Müəllif: Yadigar Cəfərli
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.