Kərim Kərimli:
Sizə Şuşadan ilk dəfə təbrik yazıram..
Əziz İradə xanım!
Sizi ad gününüz münasibətilə indiyədək dəfələrlə təbrik etmişəm!
Sizin rəhbərliyinizlə "Ədalət" qəzetində işləyəndə də, başqa vaxtlarda da...
Həmişə də mənə elə gəlib ki, bu təbrikdə nə isə çatışmır.
Bu gün yazmağa başlayanda bunu aydınca dərk elədim. Dərk elədim ki, çatışmayan məhz Şuşa havası imiş.
İndi sizə Şuşadan ilk dəfə təbrik yazıram və... dərhal da düşünürəm ki, bu təbrik həm də, mənim fikrimcə, Şuşa haqqında ən gözəl şeirin müəllifinin qızına yazılır.
İcazənizlə dönə-dönə oxuduğum, dəfələrlə dərc etdiytim, paylaşdığım həmin şeiri də təbrikimə əlavə edirəm.
Bir də Aqil müəllimlə bu ilin may ayında Şuşaya gəldiyiniz günləri xatırlayıram.
Sanki elə məhz Şuşaya yenicə qayıtmış Kərim Kərimlini görməyə gəlmişdiniz.
Əziz İradə xanım!
Ad gününüz mübarək olsun!
Sizə bundan sonra daha uzun, daha sağlam, daha gözəl ömür və həyat arzulayıram.
Rəhmətlik şair Ramiz Məmmədzadə deyirdi ki, İradə xanım Aqil Abbasdan istedadlı adamdır, Aqil Abbasdan da qəşəng yazır.))
Sizə bundan sonra istedadınızın barından oxuculara daha səxavətlə çatdırmağınızı, yeni-yeni bədii əsərlərlə sevindirməyinizi arzu edirəm!
Nəvələrin toyunda qol götürüb oynamaq da öz yerində.
Ad gününüz mübarək olsun!!!
ŞUŞADA BİR GECƏ
Bu gecə gecənin son qatındayam,
Bu gecə bir qəndil qanadındayam.
Sağımda bir dərə - qara hörükdür,
Solumda bir dərə - qara hörükdür.
Dövrəmdə buludlar bölük-bölükdür.
Dünyanın damına çıxmışam, nədi?
Dünya qaranlığı harda gizlədib?
Dünya toranlığı harda gizlədib?
Gecə ağ yağışda durulanıbdı,
Gecə dağ mehində qurulanıbdı,
Daranıb, bələnib işıqlarına,
Taxıb qarmağını göy tağlarına
Bir çilçıraq şəhər,
bir qəndil şəhər,
Hər evi bir qızıl qərənfil şəhər.
Uzaqdan: bir ulduz topası kimi
göy üzündədi.
Yaxından: bir qaya lampası kimi
yer üstündədi.
Gecənin qoynunda yanır dağ şəhər,
Fəzadan asılı, çilçıraq şəhər.
Dağlar öz ovcunda yandırıb onu,
Ulduzlar qoynuna qaldırıb onu
Bu dağlar vüqarı, bu dağlar gücü.
Bu gecə kəşf etdim bir Şuşa bürcü
Bir Şuşa bürcü, tamaşa bürcü...
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.