Əkbər Qoşalı:
Hər şey axır, heç nə yerində qalmır..
“Hamı hamı ilə savaşır” sanki,
“Hər şey axır, heç nə yerində qalmır”;
Yenə də “Karfagen məhv edilməli”!
Yenə də masada “nifaqalması”…
“Çörək və tamaşa” - Batıda söz var;
Biz istiqanlıyıq - Gündoğarlıyıq.
Gün varkən, “Yarasa olmaq, nə ola”?
“Dolabda müqəvva” saxlamamışıq…
Gün batar, ulu Göy yetimmi qalar?
Bu səfər #Dolunay ya da #Aypara…
Dövlətlər yaradan, dövlətlər yıxan
Əcdaddı onları tuğuna taxan…
Yadlarda işğal var, bizdə fəthlər,
Biz idik onaran şəhəri-kəndi…
Çıxan qan damarda durmaz deyiblər,
Çay coşsa basmazmı bərəni-bəndi?..
“Söz - adam ağzından, köz - qazan altdan”,
“Sözümüz - imzamız qədər keçərli”!
Yanıla-yanıla öyrənən dünya,
Yenə də yanılır, yenə, nədəndi?..
Adam öz içindən sıxılır, şair,
Bal olsun, arısı Bağdaddan gəlsin…
Ağac öz səmtinə yıxılır, şair,
Bir arxdan min dəli atlı su içsin…
Şabran, 09.11.2024
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.